Cavid irsinə sonsuz məhəbbətlə yaşanan ömür

 

FƏDAKAR İCTİMAİ XADİM HƏMİD CƏFƏROVUN 80 İLLİYİNƏ

 

1993, ya da 94-cü il olardı. Məlum hadisələrlə əlaqədar Bakı şəhərində məskunlaşmışdıq.

 

Adını xatırlaya bilmirəm, yaxın tanışlarımdan biri küçə ilə gedərkən Həmid Cəfərovu mənə göstərərək dedi: "Bu kişi ehtiyatda olan polkovnikdir, özü Hüseyn Cavidin nəşini 1982-ci ilin payızında İrkutskdan Bakıya, oradan da Naxçıvana gətirməkdə böyük zəhmət çəkmişdir". Çox ciddi görkəmi olan bu kişini arabir küçədə görürdüm, doğrusu, ölçüyəgəlməz bir işdəki zəhmətinə görə onunla qürur duyurdum.

 

Ötən ilin payızında mən "Azadlıq" prospektindəki marketlərin birindən çıxarkən Həmid müəlllimi gördüm qeyri-ixtiyari yaxınlaşaraq onu direktoru olduğum məktəbə dəvət etdim. Təklifimi razılıqla qarşılayaraq: "Gələrəm"- dedi.

 

Biz həm dahi Hüseyn Cavidin 135 illiyini qeyd etdik, həm Həmid müəllimin dahi şairin nəşinin Uzaq Sibirdən gətirilməsi ilə bağlı xatirələrini dinlədik. H. Cəfərov Ümummilli lider Heydər Əliyevin təşəbbüsü rəhbərliyilə ölməz sənətkarın nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin xalqımız ədəbiyyatımız üçün əlamətdar hadisə olduğunu şagirdlərin nəzərinə çatdırdı. Qeyd olundu ki, Hüseyn Cavidin həyatında 3 rəqəmi sirli şəkildə təkrarlanıb: 1937-ci ilin 3 iyununda Hüseyn Cavid digər böyük şairlərimiz Əhməd Cavad Mikayıl Müşfiqlə bir gündə həbs edilib. Məlum "qara üçlük" Cavidi gedər-gəlməzə - Maqadana göndərib, şairin cənazəsinin gətirilməsi ilə bağlı 3 dəfə məsələ qaldırılıb... Şairin həyatında 59 rəqəmi dəfələrlə təkrarlanıb. Başının ölçüsü 59 olan şair 59 yaşında vəfat edib, ölümü 59 nömrəli aktla sənədləşdirilib. Bakıdakı 59 nömrəli evindən zorla ayrı salınan şair Sibirdə 59 nömrəli qəbirdə dəfn olunub 59 ildən sonra ailəsinə qovuşub.

 

Bu görüş həm şagirdlər həm müəllimlərimiz üçün 2017-ci ildə ən gözəl məqamlardan biri oldu.

 

Həmid Qara oğlu Cəfərov 1938-ci il fevralın 8-də Naxçıvanda dünyaya gəlib. Orta məktəbi yüksək qiymətlərlə bitirən H.Cəfərov Ukrayna respublikasının Simferopol şəhərində sərhəd qoşunlarında hərbi xidmətdə olub. Həmid Cəfərov ordudan tərxis olunduqdan sonra Bakının Artyom (indiki Pirallahı) rayonunun mədənlərində çilingər kimi əmək fəaliyyətinə başlayır. Çox keçmir ki, o, Artyom rayon komsomol komitəsində təlimatçı vəzifəsinə irəli çəkilir.

 

1960-cı ildə rayon rəhbərliyi H.Cəfərova daha böyük etimad göstərir. O, XXII partiya qurultayı adına Neft Daşları Neft-Qaz Çıxarma idarəsinin komsomol komitəsinin katibi seçilir. Burada o, şöhrətli neftçilər - əmək qəhrəmanları Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Xoşbəxt Yusifzadə, Akif Cəfərov kimi şəxslərlə birgə işləyir. Neftçi gənclərin siyasi dünyagörüşünün artmasında, onların sosial şəraitinin yaxşılaşmasında layiqli xidmət göstərir.

 

H. Cəfərov 1962-ci ildə ali təhsil almaq üçün BDU-nun filologiya fakültəsinə daxil olur. 1964-cü ildə Bakı şəhər komsomol komitəsində təlimatçı vəzifəsinə təyin edilir. Çox keçmir ki, o, Oktyabr rayon (indiki Yasamal) komsomol komitəsinin şöbə müdiri ikinci katibi seçilir. Təşkilatçılıq bacarığına görə H.Cəfərov Bakı Ali Partiya məktəbinə oxumağa göndərilir.

 

1971-ci ildə indiki Yasamal rayon Partiya komitəsində təlimatçı olur, sonra isə Xalq Deputatları Soveti İcraiyyə komitəsinin katibi seçilərək bilik bacarığını rayonun iqtisadi sosial problemlərinin həllinə yönəldir. O, 1976-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsinə işləməyə göndərilir. 1976-1978-ci illərdə təbliğat təşviqat partiya işi şöbələrinin müdiri vəzifəsində çalışır. 1978-ci ildə Moskvada ali partiya təhsili alaraq yenidən vətənə dönür. Azərbaycana qayıtdıqdan sonra respublika rəhbəri, Ümummilli lider Heydər Əliyev onu qəbul edərək şəxsi keyfiyyətlərini ictimai fəaliyyətini yüksək qiymətləndirərək H.Cəfərovu üçün Naxçıvana göndərir.

 

H.Cəfərov 1980-ci ildə 10-cu çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro plenum üzvü, ideoloji üzrə vilayət partiya komitəsinin katibi seçilir. Bu vəzifədə qısa müddət ərzində partiya fəallarının sadə insanların rəğbətini qazanır. 1982-ci ildə Heydər Əliyev tərəfindən ona dahi Azərbaycan şairi dramaturqu H.Cavidin nəşinin Uzaq Sibirdən gətirilməsi qədər ciddi məsuliyyətli  bir tapşırılır.

 

Ümummilli lider Heydər Əliyevin xeyir-duasından, dəyərli göstərişlərindən sonra Həmid Cəfərov onun rəhbərlik etdiyi nümayəndə heyəti bu tarixi missiyanı məsuliyyətlə, uğurla yerinə yetirdi. H.Cavidin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tarixi günlər Həmid Cəfərovun tərcümeyi-halının qızıl səhifələridir.

 

H.Cəfərovun 1976-1983-cü illərdə Naxçıvandakı fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, prinsipial mövqeyinə, uğurlu ictimai-siyasi fəaliyyətinə, yüksək təşkilatçılığına, Muxtar Respublikanın iqtisadi sosial inkişafındakı xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni, Hacı Zeynalabdin Tağıyev adına fəxri diploma "Vətən" diplomuna layiq görülmüş, Naxçıvan Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. 2014-cü ildə "Kaspi" təhsil şirkəti "Kaspi" qəzetinin Hüseyn Cavidin xatirəsinə həsr olunan mükafatı dahi şairin nəşinin vətənə gətirilməsində önəmli əməyi olan H.Cəfərova verilib. 2015-ci ildə Azərbaycan mədəni irsinin qorunmasındakı səmərəli fəaliyyətinə görə H.Cəfərov Azərbaycan Mətbuat Şurasının xüsusi mükafatı ilə təltif olunub.

 

1983-cü ildə respublika rəhbərliyi Həmid Cəfərovun milli-mənəvi saflığını, yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq onu inzibati orqanlarda işləməyə göndərir. H.Cəfərov respublika Daxili İşlər Nazirliyinin yeni yaradılmış siyasi şöbənin rəisi vəzifəsinə təyin olunur, nazirliyin kollegiya üzvü seçilir polkovnik rütbəsində səkkiz il bu vəzifədə çalışır. 1990-cı ildə isə DİN-in Şəxsi Heyətin Sosial Hüquqi Müdafiəsi Mətbuatla idarəsinin rəisi vəzifəsinə təyin edilir. Bu idarə daxili işlər orqanları əməkdaşlarının dövlət, ictimai orqan təşkilatçılarla, kütləvi informasiya vasitələri ilə sosial hüquqi, informasiya münasibətlərini tənzimləyirdi. H.Cəfərov bu vəzifədə çalışdığı illərdə özünün fəal ictimai xadim, ziyalı kimi tanıdıb. Həmid Cəfərovun təşkilatçılığı sayəsində görkəmli sənət adamları ilə təşkil olunan görüşlər, daxili işlər orqanları əməkdaşlarının mənəvi keyfiyyətlərinin formalaşmasında özünməxsus rol oynayıb. Mənfur qonşularımızın təcavüzünə məruz qalmış rayonlarımızda daxili işlər orqanları əməkdaşlarının qəhrəmancasına döyüşərək şəhid olduğu, yaralandığı bir dövrdə onların ailələrinə mənəvi maddi cəhətdən yardım olunması işi yüksək qaydada təşkil edilir, yüzlərlə şəhid ailəsinə, yaralı polis işçilərinə mənəvi dəstək verilir. Yaralıların Almaniyada, Türkiyədə, İran İslam Respublikasında müalicə olunmalarına köməklik göstərilir.

 

H.Cəfərov Hüseyn Cavid irsinin təbliği yönündə bu gün fəaliyyət göstərir, müxtəlif tədbirlərdə iştirak çıxış edir.

 

Xalqına bağlı insan, vətənpərvər şəxsiyyət Həmid Qara oğlu Cəfərovun 80 yaşı qeyd edilir. Müdriklik dövrünü yaşayan Həmid müəllimə uzun ömür, cansağlığı arzulayaraq bu yazını böyük şairimiz Xəlil Rza Ulutürkün Həmid Cəfərova həsr etdiyi şeirin misraları ilə tamamlayıram:

 

Ey böyük Cavidin mənəvi oğlu.

Sən türk millətinə sadiq oğulsan

Can qurban etdiyin Azərbaycana

Candan heyran oğul, aşiq oğulsan.

 

Min yaşa vətəndə, ey əziz Həmid,

Bilənlər bilir ki, igidsən, igid.

Ruhuna bağlıdır minlərcə şəhid

Atan Qara bəyə layiq oğulsan.

 

Ehtiram SƏFƏROV

 

Füzuli rayon 56 saylı tam orta məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet 2018.- 9 fevral.- S.8.