Qara Qarayev-100” elektron məlumat bazasının təqdimatı keçirildi

 

Dünən Milli Kitabxanada dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasının birgə hazırladığıQara Qarayev-100” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

 

Kitabxananın direktoru Kərim Tahirov ölməz sənətkarın Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğində əvəzsiz rolundan danışıb. O bildirib ki, vaxtilə bəstəkarın müəllimi D.Şostakoviç Qara QarayevinÜçüncü simfoniyailə dünya musiqisində inqilab edib.

 

K.Tahirov ötən ay Los-Anceles Universiteti kitabxanasında ezamiyyətdə olarkən amerikalıların hələ 1961-ci ildə Qara Qarayevin çıxışının alqışlarla qarşılandığını böyük iftixar hissi ilə söyləyib.

 

Bildirilib ki, Qara Qarayev, Üzeyir Hacıbəyli, Müslüm Moqamayev, Niyazi kimi istedadlı şəxsiyyətlərin dünya miqyasında tanıdılmasında, onların sənətinin, fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu danılmazdır.

 

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova deyib ki, Üzeyir Hacıbəyli Dmitri Şostakoviç kimi dahi bəstəkarlardan dərs alan Qara Qarayevin əsərlərində Şərqlə Qərbin vəhdəti hiss olunur. O, bəstəkarın yubileyi ilə bağlı il ərzində kitabxana tərəfindən təşkil ediləcək silsilə tədbirlərdən danışıb, hazırlanmış tammətnli elektron məlumat bazasını qonaqlara təqdim edib. O, bazanın quruluşu, hazırlanmış bölmələr haqqında məlumat verib. Bildirib ki, bazaRəsmi sənədlər”, “Həyat yaradıcılığı”, “Görkəmli şəxslər Qara Qarayev haqqında”, “Qara Qarayevin Azərbaycan musiqisi görkəmli sənətkarlar haqqında”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya”, “Audioqalereyaadlı hissələrdən ibarətdir özündə zəngin materialları ehtiva etməklə kitabxananın saytında ümumi istifadə üçün açıqdır.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov çıxış edərək Qara Qarayev kimi adı dünya mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış dahi şəxsiyyət haqqında danışmağın məsuliyyətli olduğunu qeyd ediblər.

 

Natiqlər bəstəkarın 100 illiyi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq görüləcək işlərdən danışıb, Milli Kitabxana tərəfindən hazırlanmış bəstəkarın həyat yaradıcılığını bütöv şəkildə əks etdirən bu zəngin bazanın istifadəçilər üçün qiymətli mənbə rolunu oynayacağını vurğulayıblar.

 

Sonda professor Kərim Tahirov Qara Qarayev haqqında fundamental biblioqrafiyanın hazırlandığını bu ilin sonunda çap ediləcəyini qeyd edərək, ölkəmizi dünyada tanıdan bu cür şəxsiyyətlər haqqında mütəmadi olaraq bundan sonra da tədbirlərin keçiriləcəyini deyib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 10 fevral.- S.17.