“Türkologiya”
jurnalı Özbəkistanda
Azərbaycam Milli Elmlər Akademiyası Rəyasət
Heyətinin təsisçisi
olduğu “Türkologiya”
jurnalı fevralın
6-8-də Özbəkistan Respublikasının
Nəvai vilayətində
keçirilən “Əlişir
Nəvai irsi və ümumbəşəri
mənəvi dəyərlər”
mövzusunda beynəlxalq
konfransda təqdim olunub.
Konfransda jurnalın məsul katibi Elçin İbrahimov “Türkologiya jurnalı və türk dünyası” mövzusunda məruzə ilə çıxış
edib. E.İbrahimov konfrans
iştirakçılarına jurnal haqqında geniş məlumat verərək bildirib ki, Türk dünyasının
köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalı türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi
və mədəni zənginliklərinə, türk
dillərinin müasir
vəziyyətinə dair
Azərbaycan, türk,
rus və ingilis dillərində yazılmış elmi məqalələri səhifələrində
əks etdirir. Son illərdə xarici
elmi mərkəzlərlə
əlaqələrini daha
da gücləndirən
jurnal beynəlxalq indeksləşdirmə biblioqrafiyalarına
daxil edilib.
E.İbrahimov “Türkologiya” jurnalının
Özbəkistanın müxtəlif
elm və təhsil mərkəzləri ilə
əlaqələr qurduğunu,
jurnalın 54 beynəlxalq
məsləhtçisindən 3-nün Özbəkistandan olduğunu
da qeyd edib. Habelə
jurnalın 2017-ci il
2-ci sayında Daşkənd
Universitetinin dosenti Gülbahar Aşurvanın
təqdimatında Özbəkistan
xalq şairi Camal Kamalın 80illik yubileyinin işıqlandırıldığını,
həmin universitetin professoru Nəsimxan Rəhmanovun müəllifi
olduğu “Əbülqazi
Bahadır xan türkcənin qoruyucusu” məqaləsinindərcedildiyini tədbir iştirakçılarının
nəzərinə çatdırıb.
Daha sonra çıxış edən
jurnalın türkiyəli
beynəlxalq məsləhətçilərindən
professor Fikrət Türkmən
jurnalın keçmişindən
və son dövrlərdə
türk dünyası
ilə yüksək səviyyədə qurduğu
əlaqələrdən söz
açıb. F. Türkmən,
həmçinin, “Türkologiya”
jurnalının hər
bir yeni sayının Ege Universitetindəki “Türk
dünyası araşdırmaları”
mərkəzində tədqiqatçılar
tərəfindən böyük
maraqla oxunduğunu deyib.
Tədbirin sonunda jurnalın məsul katibi E.İbrahimov “Türkologiya”
jurnalının 2017-ci ildə
nəşr olunmuş
4 sayını Nəvai
Vilayət kitabxanasına
hədiyyə edib.
Tədbir çərçivəsində, həmçinin, “Türkologiya”
jurnalı Səmərqənd,
Daşkənd, Buxara Universitetlərindəki kitabxanalara
da təqdim edilib.
XƏDİCƏ
525-ci qəzet 2018.- 10 fevral.- S.19.