Şəhidin xatirəsi təhsil
aldığı liseydə yad edildi
AMEA
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin Aran regional şöbəsi tərəfindən Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ilin
aprel döyüşlərində şücaət göstərərək
qəhrəmancasına şəhid olmuş,
ölümündən sonra “Azərbaycan bayrağı"
ordeninə layiq görülmüş Mİ-24 hərbi
helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr
İsmayılovun xatirəsinə həsr olunan tədbir
keçirilib.
Əvvəlcə
liseyin kursantları, müəllim və komandir heyəti, həmçinin,
şəhidin ailə üzvləri II Fəxri xiyabanda Əbu
Bəkr İsmayılovun xatirəsini yad edib, məzarı
önünə əkil və tər çiçəklər
düzüblər.
Mərasim
Vətən uğrunda şəhid olanların xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə
çıxış edən C.Naxçivanski adına hərbi
liseyin şəxsi heyətlə iş üzrə şöbə
rəisinin müavini, mayor Natiq
Rəhimov liseyin məzunlarının qəhrəmanlıq səhifələrindən
danışıb, Əbu Bəkr İsmayılovun bu ənənənin
layiqli davamçısı olduğunu bildirib.
Vurğulayıb
ki, Vətənin ərazi bütövlüyü uğrunda
şəhid olanların hər biri qəhrəmanlıq məktəbidir.
Onların xatirəsini əbədiləşdirmək, ailələrinə
arxa olmaq hamının vətəndaşlıq borcudur.
Daha
sonra muzeyin Aran regional şöbəsinin müdiri, filologiya
üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı
çıxış edərək Dağlıq Qarabağ
müharibəsinin müasir mərhələsindən, Ermənistanın
işğalçı siyasətindən və
xalqımızın şanlı qəhrəmanlıq səhifəsini
yazan aprel döyüşlərindən söhbət
açıb. Şəhidlərin xatirəsinə həsr
olunan belə tədbirlərin keçirilməsinin vacibliyini
qeyd edən Y.Bahadurqızı bildirib ki, Əbu Bəkrin aprel
döyüşlərində misilsiz xidməti təkcə ailəsi
üçün deyil, xalqımız üçün
böyük qələbədir. Bu döyüşlərdə
Əbu Bəkr kimi oğullar düşməni məhv edərək,
öz qanları bahasına tarixi ərazilərimizə sahib
çıxdılar. Belə qəhrəmanlarımızın
xatirəsi xalqımızın yaddaşında əbədi
yaşayacaq.
Qeyd
edək ki, tədbirdə Yaqut Bahadurqızının şəhidin
qısa, lakin şərəfli həyatından bəhs edən
"Hay ver mənə, cənab leytenant" kitabının təqdimatı
da olub.
Daha
sonra liseyin kimya müəllimi Flora Hüseynova şagirdi ilə
bağlı xatirələrini bölüşüb.
Tədbirdə
Xalq artisti Eldost Bayram, Milli Mədəniyyətinin Təbliği
İctimai Birliyinin Rəhbəri Jalə Cəfərova və
başqaları çıxış edərək Əbu Bəkr
İsmayılovun qısa, eyni zamanda, şərəfli həyatından,
insani keyfiyyətlərindən bəhs ediblər.
Oğlu
ilə qürur duyduğunu deyən şəhidin anası Rəna
İsmayılova övladının vətənpərvərliyindən,
mərdliyindən danışıb və tədbir təşkilatçılarına
təşəkkürünü bildirib.
Sonda
lisey kitabxasının müdiri Zemfira İsmayılova,
kitabxananın əməkdaşı Vahid Məhərrəmli
və ədəbiyyat müəllimi Gülsəda
Amanqızının rəhbərliyi ilə kursantların
hazırladığı bədii proqram nümayiş etdirilib.
525-ci qəzet 2018.- 13 fevral.- S.8.