"Jomard
Publihsing" adlı onlayn elmi nəşriyyat
yaradıldı
YUSİF QASIMOV:
"MƏQSƏDİMİZ AZƏRBAYCANIN ELMİ NÜFUZUNU
DAHA DA YÜKSƏLTMƏKDİR"
Azərbaycanda "Jomard Publihsing" adlı onlayn elmi nəşriyyat yaradılıb.
Elektron nəşriyyatın təsisçisi
və ideya müəllifi "Azərbaycan"
Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımovun verdiyi məlumata görə, "Jomard Publihsing" regionda ilk və yeganə onlayn nəşriyyatdır.
O qeyd edib ki,
Azərbaycanda müxtəlif
elm sahələri üzrə
yeni elmi jurnalların təsis edilməsi və onların dünya elmi mühitinə inteqrasiyası hələ
xaricdə olarkən düşündüyü məsələlərdən
olub: "Layihəm İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət
Fondunun da diqqətindən kənarda
qalmayıb və dəstəklənib. 2016-cı ildə "Müasir texnologiyalar və mühəndislik" (Modern Technology and
Engineering), "Qabaqcıl riyazi
modellər və tətbiqləri" (Advanced Mathematical Models
& Applications), "Biologiya və yer elmlərində
nailiyyətlər" (Advances in Biology
& Earth Sciences), "Kənd təsərrüfatı və
baytarlıq elmlərində
tədqiqatlar" (Research in: Agricultural
& Veterinary Sciences), "Kardioloq"
(The Cardiologist), "Yeni dizayn
ideyaları" (New Design Ideas), "Yeni materiallar, birləşmələr və
tətbiqləri" (New Materials, Compounds
and Applications) adlanan sırf
elmi jurnallar təsis edilib.
Jurnalların elmi istiqamətlərini
seçərkən bir
neçə mühüm
amilə diqqət yetirdik: elm sahələrinin
Azərbaycanda ənənəvi
bazalarının yoxluğu,
elmi istiqamətlərin
aktuallığı və
ölkəmizdə bu
sahələrdə çap
məhsullarının az olması və ya heç
olmaması. Bu məsələnin başqa
bir önəmli təfəri də var. Alimlərimizə çap
olunduqları jurnalların
səviyyəsi ilə
bağlı qoyulan tələblər artdıqca,
onlar məqalələrini
xarici, nüfuzlu, mötəbar bazalarda indekslənən jurnallarda
çap etdirməyə
can atırlar. Bu zaman onlar müəlliflik
hüquqları ilə
bağlı müəyyən
sənədlərə imza
atmalı olurlar.
Bu isə ölkəmizdə
istehsal olunan əqli məhsulun kənara axmasına səbəb olur. Belə jurnalları özümüz
nəşr etməklə,
nəinki bu prosesin qarşısını
ala bilərik, həm də başqa ölkələrin elmi nəticələrini, innovativ
həllərini ölkəmizə
cəlb edə, onları sənayemizin inkişafına yönəldə
bilərik".
Y.Qasımov bildirib ki, hər bir jurnal
Fransada ISSN mərkəzində
qeydiyyatdan keçirilir:
"Jurnalların tərtibatı,
dövrülülüyü, redaksiya heyəti, əhatə etdiyi sahələr və başqa məsələlər
bu mərkəzin ciddi tələblərini ödəməlidir. Bundan sonra
uyğun sahə üzrə dünyanın
müxtəlif ölkələrindən
olan tanınmış
alimlərdən ibarət
redaksiya heyəti, rəyçilər bazası
formalaşdırılır. Bu alimlərin arasında Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Gürcüstan
və s. kimi ölkələrin akademikləri,
digər ölkələrin
uyğun profilli elmi müəssəsələrinin
rəhbərləri, dünyada tanınmış
alimlər var. Daha sonra jurnalı dünya elmi mühitinə təqdim edir və alimləri
öz məqalələrini
çap üçün
təqdim etməyə
dəvət edirik. Jurnalın sonrakı uğuru, onun alimlər tərəfindən qəbul
edilməsi, tanınmış
alimlərin elmi məqalələrinin çap
edilməsi üçün
bir platformaya çevrilməsi kimi məsələlər redaksiya
heyətinin apardığı
siyasətdən, daxil
olan məqalələrin
rəy prosesinin şəffaf və obyektiv təşkili siyasətindən asılıdır.
Bu proseslər əslində hər bir elmi jurnalın
taleyini müəyyən
edir. Biz beynəlxalq COPE (Çap Etikası Komitəsi) təşkilatının üzvüyük
və çap siyasətimizi formalaşdırarkən
onun prinsiplərini əsas götürürük.
Bu təşkilatın sənədlərində müəlliflərin,
redaktorların və rəyçilərin fəaliyyəti
üçün etik prinsiplər öz əksini tapıb".
Nəşriyyatın təsiscisi əlavə edib ki, yaratdıqları elmi jurnalların ən ciddi elmi
indeksləmə bazalarına
daxil etməyi, ehtiyac duyulduqca yeni sahələr üzrə jurnallar təsis etməyi düşünür: "Bu istiqamətdə
olacaq bütün təklifləri müzakirə
etməyə hazırıq.
Məqsədimiz Azərbaycan elmini
dünyada layiqincə
təmsil etmək, ölkəmizin elmi nüfuzunu daha da yüksəltməkdir".
Ceyhun ABASOV
525-ci qəzet 2018.- 13 fevral.- S.8.