Səməd Vurğunun "Seçilmiş əsərləri" nəşr olundu

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Xalq şairi Səməd Vurğunun "Seçilmiş əsərləri" nəşr olunaraq poeziyasevərlərin ixtiyarına verilib.

 

Nazirlikdən bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun tərtib etdiyi kitabda Səməd Vurğunun 300-dən artıq seçilmiş şeirləri toplanılıb.

 

"Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

 

ŞAHANƏ

 

525-ci qəzet 2018.- 14 fevral.- S.8.