Beynəlxalq Kitab
bağışlama Günü qeyd edildi
Dünən "Beynəlxalq kitab
bağışlama günü"
münasibətilə "Cahan"
uşaq bağçasının
balacaları Milli Kitabxananın qonağı
olub, Milli Kitabxananın nəzdində
fəaliyyət göstərən
Açıq Kitabxanada
"Beynəlxalq kitab
bağışlama günü"nü
qeyd ediblər.
Görüşdə balacalara kitablar hədiyyə olunub. Onlar da öz növbələrində
Açıq Kitabxananın
fonduna kitab hədiyyə ediblər.
Müəllimə Fəttahova Nərmin
burada keçirdikləri
vaxtdan çox məmnun qalan balacalar adından Milli Kitabxananın rəhbərliyinə öz
təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Bildirilib ki, "Beynəlxalq kitab bağışlama günü" uşaqlara
kitab bağışlayan
və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən
bir gündür.
Qeyd edək ki, "Beynəlxalq kitab bağışlama günü"
("International Book Giving Day") 2012-ci ildə
ABŞ-da tanınmış
uşaq kitabı saytı -"Delightful Children's"in
yaradıcısı Emmi
Brodmurun təşəbbüsü
ilə irəli sürülüb və ötən müddətdə
sosial şəbəkələr
vasitəsilə dünyada
geniş dəstək
qazanıb.
Nəsimi
rayonundakı 35 nömrəli
tam orta məktəbdə
də 14 fevral - Beynəlxalq kitab bağışlama gününə
həsr olunmuş
"Hərəyə bir
kitab" adlı tədbir keçirilib.
Tədbir
F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 5 nömrəli Uşaq-Gənclər İnkişaf
Mərkəzi ilə birgə reallaşdırılıb.
Bildirilib ki, tədbirin məqsədi gənc nəslə mədəni xidmət göstərmək
və kiçik yaşlı oxuculara kitab bağışlamaqla
onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmaqdan ibarətdir.
Bu günün tarixi barədə məlumat verən natiqlər deyiblər ki, 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur "Delightful Children's Books" uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib.
Tədbirdə uşaq yazıçıları Gülzar İbrahimova, Qəşəm İsabəyli və başqaları uşaqlarla görüşərək onlara öz kitablarını hədiyyə ediblər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.- 15 fevral.- S.8.