Litvada dahi bəstəkar
Qara Qarayev yad edildi
Litvanın paytaxtı Vilnüsdə görkəmli bəstəkar,
Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.
Tədbirdə Azərbaycanın Litvadakı
müvəqqəti işlər
vəkili Atəş Qırxıyev dünya şöhrətli Azərbaycan
bəstəkarının həyat
və yaradıcılığından
söz açaraq, onun musiqi mədəniyyətimizin
inkişafındakı xidmətlərindən
danışıb.
Litva Musiqi və İncəsənət
Akademiyasının dosenti
Yudita Leitaite və Balys Dvarionas
Musiqi Məktəbinin
direktoru Laimute Ujkuraitienenin dəstəyi
ilə təşkil olunan konsert proqramında görkəmli
bəstəkarın əsərləri
ilə yanaşı, bir sıra bəstəkarların
əsərlərinə də
müraciət edilib.
Litvanın tanınmış müğənnisi
Yudita Leitatitenin də iştirak etdiyi konsertdə dahi bəstəkarın
"Altı pyes" silsiləsindən "Kiçik
hekayə", "Usandırıcı
fikir", "Dağlarda",
"Unundulmuş vals",
həmçinin, "Kiçik
vals", "Pavana"
əsərləri, habelə
skripka və fortepiano üçün sonatina, süita və kantatalarından nümunələr
ifa edilib.
XƏDİCƏ
525-ci qəzet.- 2018.- 15 fevral.- S.7.