Elazığda Anarın yubileyi
geniş qeyd edildi
Xalq yazıçısı
Anarın 80 illiyiylə
bağlı Türkiyədə
bir sıra tədbirlər nəzərdə
tutulub. Bunların ilki bu günlərdə Elazığ
şəhərində keçirilib.
"Firat" qəzetində
"Azərbaycan Yazarlar
Birliyi Başqanı Anar Rzayevin doğumunun
80 yılı dolayısıyla
elimizdə də çeşidli etkinliklər
düzənləndi" başlıqlı
yazıda qeyd olunur: "Anar Rzayevin 2006 ilində Azərbaycandan gələrək
açılışını yapdığı Elazığdakı
kültür evi "Manas" "Doğumunun
80 ilində Anar" proqramı ilə vəfanın daha bir gözəl örnəyini kültür
tarixinə yazdı. Proqram iki ölkənin qardaşlığını təmsil
edən 2012-ci ildə
Anarın da iştirakıyla açılan
Azərbaycan parkında
başladı. Tədbirin ikinci
bölümü Kültür
evi "Manas"da gerçəkləşdirildi. Yazar Bədrəddin Kələştemirin
aparıcılığında gerçəkləştirilən proqram rejissorluğunu Şener Bulutun yapdığı, ssenarisini
İmdat Avşarın
yazdığı "Anarın
ömür yolu" sənədli filmiylə başladı. Filmin ardından
Bakıdan telefonla Anar proqrama qatıldı.
Minnətdarlığını və mutluluğunu
ifadə edən sözlərlə onun üçün düzənlənən
bu proqrama qatılan şair və yazarları salamladı. Anardan sonra
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid və professor-doktor Asif Rüstəmli
ilə telefonla əlaqə quruldu. Hər iki söz və
bilim adamı Anarın xidmət və başarılarından
bəhs edərək ona uzun ömür
dilədilər. Telefon konuşmalarının
ardından sənətçi
Fəthi Açıqgöz
və oğlu Oğuz Açıqgöz
Azərbaycan türkülərini
təqdim etdilər".
Sonrakı məlumatda proqrama
qatılan Firat Universiteti Türk dili və ədəbiyyatı
bölüm başqanı
professor, doktor Əhməd
Buranın, Şükrü
Qacarın, Təhsin Öztürkün və otuza qədər başqa şair və yazıçının
adları verilir. Proqram iştirakçıların birlikdə
oxuduqları "Çırpınırdı
Qara dəniz" mahnısıyla tamamlanıb.
Tədbirlər haqqında eyni məlumatı dərc edən "Hakimiyyət"
qəzeti bildirir ki, Elazığ Bələdiyyə başqanı
Mücahit Yanılmaz Anarı kültür və sənət həyatımıza yapmış
olduğu xidmətlərilə
bağlı təbrik
etdi. Tədbirlər haqqında məlumat
daha geniş şəkildə və çoxlu şəkillərlə
"Gün işığı"
qəzetində də
dərc edilib. "Gün işığı"
qəzetinin başqa sayında isə Bədrəddin Kələştemirin
Anar haqqında bir səhifəlik geniş yazısı dərc edilib. Xalq yazıçısının
tərcümeyi-halı barədə
Azərbaycan oxucularına
yaxşı məlum olan faktları gətirən müəllif
yazısını belə
başlayır: "Anar
üçün nə
yapılsa azdır"
diyoruz. Üzeyir Hacibəyli "Bəziləri
sadəcə özü
üçün deyil,
bir millət, bir xalq üçün
doğulur" - deyir.
Anar böylə bir şəxsiyyətdir...
Məhəmməd Əmin
Rəsulzadə, Füzuli,
Nuri paşa, "Çırpınırdı Qara
dəniz", Almas İldırım,
Bəxtiyar Vahabzadə
və Anar bizləri birləşdirən
dəyərlərdir".
Xəzər Şeir Axşamlarının
qurucusu Şener Bulut deyir: "Anar Xəzər axşamlarının hamısında
iştirak edən və qiymətli fikirlərindən yararlandığımız
vəfalı bir dostdur".
Daha sonra Bədrəddin Kələştemir Anarın Elazığla bağlılığından söz açır: "Manas" yayınçılığının 4-6 may 2006 tarixindəki açılışında Anar bizləri yalqız buraxmadı, o tarixi günlərdə "Çağdaş Azərbaycan ədəbiyyatı" mövzusunda bir konfrans verdi. 11-13 aprel 2007 tarixində elimizdə gerçəkləşdirilən "Doğumunun 100 ilində Almas İldırım" etginliyinə qatıldı. "Elazığ çələngi" kitabı tanıtım toplantısını Anar dəstəklədi, bütün bu xidmətlərinə görə Firat Universiteti tərəfindən Fəxri doktor adıyla təltif edildi.
Anar Azərbaycan parkının açılışında deyirdi: "Gərək Çanaqqalada, gərəksə 1918-ci ildə Bakının qurtuluşunda Türkiyə ilə birlikdə hərəkət edən Azərbaycan bağımsızlığına qovuşduğu 1991-də Türkiyəni yanında gördü. Biz Azərbaycan türkləri Türkiyəyə minnətdarıq.
Əziz gözəl Elazığ,
səni görməyənlərə,
nə yazıq, nə yazıq".
525-ci qəzet.- 2018.- 16 fevral.- S.7.