Xalça Muzeyində "Çin təqvimi üzrə Yeni
il" sərgilənir
Fevralın 14-də Azərbaycan Xalça Muzeyində "Xalçalar
və əfsanələr"
layihəsi çərçivəsində
"Çin təqvimi
üzrə Yeni il" adlı sərgi açılıb.
Sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı
səfirliyinin birgə
təşkilatçılığı ilə təşkil olunub. Muzeyin direktoru Şirin
Məlikova bildirib ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər
bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə
böyük təsir göstərib. "Bugünkü
sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır.
Hər iki xalqın mədəniyyətində
it obrazı insanı pis ruhlardan qoruyan
müdafiəçi mənasını
daşıyır", - deyə
muzeyin direktoru bildirib.
Qeyd olunub ki, muzeyin əməkdaşları
Azərbaycan xalçalarında
rast gəlinən it
ornamental motivlərindən ibarət maraqlı videoanimasiya hazırlayıblar. Sərgidə Çin səfirliyi tərəfindən təqdim
olunan videoçarxlarda
bu ölkənin mədəniyyəti, incəsənəti,
eləcə də adət-ənənələri təsvir
edilir.
Tədbirdə Çinin ölkəmizdəki
səfiri Vey Cinxua sərginin əhəmiyyətindən
söz açıb. Qeyd edib ki, Çin
təqviminə əsasən,
2018-ci ilin fevralında
it ili qədəm
qoyur. Buna görə
də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın
təsvir olunduğu eksponatları əhatə
edir. Sərgidə təqdim olunmuş
xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır.
İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. "Belə bir sərginin açılışında iştirak etməkdən məmnunam. Bir neçə gün sonra Çin xalqı it ilini qarşılayacaq. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir. Bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir. Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək", - deyə diplomat qeyd edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi fevralın 28-dək davam edəcək.
XƏDİCƏ
525-ci qəzet.- 2018.- 16 fevral.- S.7.