Bakıda "Maslenitsa"
bayramı
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində slavyan xalqlarının qədim bayramlarından olan "Maslenitsa" qeyd edilib. Tədbir Rusiya İnformasiya
və Mədəniyyət
Mərkəzinin birgə
təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə teatr muzeyinin direktoru Sevinc Mikayılova qədim bayramın tarixi, özəllikləri haqqında
məlumat verib.
Bildirib ki, Azərbaycan müxtəlif
sivilizasiyaların qovuşduğu
məkan olaraq tanınır. Tarix boyu ayrı-ayrı
millətlərin nümayəndələri
bu ölkədə sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma
şəraitində yaşayıblar.
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların
həyat tərzi olub, dövlətimizin hər bir vətəndaşının
gündəlik ünsiyyət
vasitəsinə çevrilib.
Qeyd edilib ki, bu gün
Azərbaycan əhalisinin
milli tərkibində müxtəlif xalqların
nümayəndələri arasında
ruslar üstünlük
təşkil edir. Onlar öz
adət-ənənələrini və mədəniyyətlərini
qoruyub saxlamaqla yanaşı, ölkəmizin
tamhüquqlu vətəndaşları
kimi milli bayramlarını da layiqincə qeyd edirlər. Azərbaycan
və Rusiya arasında qarşılıqlı
və səmimi münasibətlərin göstəricisidir
ki, slavyan xalqlarının qədim bayramlarından olan "Maslenitsa" ənənəvi
olaraq ölkəmizdə
hər il
keçirilir. Rusların Pasxadan
təxminən ay yarım
öncə qeyd etdikləri "Maslenitsa"
bayramı qışın
yola salınması, yazın gəlişi ilə bağlıdır.
Tonqalların qalanması, qışın
(köhnəliyin) rəmzi
olan "Maslenitsa"
müqəvvasının yandırılması
bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.
Tədbirdə daha sonra "İqray qarmon" rus ansamblının ifasında musiqi nömrələri ifa olunub.
XƏDİCƏ
525-ci qəzet.- 2018.- 16 fevral.- S.7.