Azərbaycan nümayəndə heyəti Hüseyn Yaymanla görüşdü
Türkiyə mədəniyyət və
turizm nazirinin müavini Hüseyin Yayman “Qara Qarayev
ili”nin açılışında
iştirak etmək üçün Ankaraya gedən Azərbaycan nümayəndə heyətini
qəbul edib.
Nümayəndə heyətinin rəhbəri olan Azərbaycan Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə Q.Qarayevin tələbəsi olduğunu
deyərək, onun yaratdığı dünyaca
məşhur əsərlər
haqqında nazir müavininə ətraflı
məlumat verib. Azərbaycanda və bütün dünyada ölməz bəstəkarın çox
sayda tələbələri
və davamçıları
olduğunu xüsusi vurğulayıb. Dahi bəstakarın
əsərlərinin dünya
miqyasında geniş şəkildə ifa olunmasından, dünya musiqi xəzinəsinin incilərinə çevrilməsindən
bəhs edib. Çıxışının sonunda F.Əlizadə
Q.Qarayevin əsərlərindən
ibarət audiodiski nazir müavininə təqdim edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında dahi
Qara Qarayevin keçmiş Sovetlər birliyində və dünyada çox məşhur bir bəstəkar olduğunu,
milli musiqinin əsaslarını dahi bəstəkarımız Üzeyir
Hacıbəylidən, klassik
musiqinin sirlərini isə məşhur rus bəstəkarı
Dmitri Şostakoviçdən öyrəndiyini söyləyib.
Bildirib ki, Qara Qarayev
hələ tələbə
ikən dünya musiqi mədəniyyəti
tarixində inqilabi addım hesab olunan musiqi əsərləri
yaratdığına görə
müəllimi Dmitri Şostakoviç
Qara Qarayevi öz tələbəsi yox, həmkarı və müasiri adlandırıb. O, Azərbaycan
Milli Kitabxanası haqqında foto albomu nazir müavininə
təqdim edib.
TÜRKSOY-un baş katibinin
yardımçısı Fırat
Purtaş və Azərbaycanın TÜRKSOY-dakı
təmsilçisi Elçin
Qafarlı çıxışlarında
dahi bəstəkarın
yubileyinə həsr olunmuş silsilə tədbirləri yüksək
qiymətləndiriblər.
Nazir müavini Hüseyin Yayman Qara Qarayev
haqqında verilən bilgilərə görə
təşəkkür bildirərək,
bəstəkarın təkcə
Azərbaycanın deyil,
bütün türk dünyasının böyük
sənətkarı olduğunu
xüsusi vurğulayıb,
onun əsərlərinin
bütün dünyada
sevilərək ifa edildiyini söyləyib.
Görüşün sonunda Hüseyin Yayman Türkiyə haqqında fotoalbomu və İstanbul haqqında kataloqu görüş iştirakçılarına
və Milli Kitabxanaya hədiyyə edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 16 fevral.- S.7.