Qazi Universitetində Qara Qarayev təntənəsi

 

Dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Ankaradakı növbəti tədbir Qazi Universitetində keçirilib.

 

Qazi UniversitetininMemar Kəmaləddin Salonu”nun foyesində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan görkəmli bəstəkar, tanınmış alim-pedaqoq ictimai xadimin əsərlərindən, musiqi ədəbiyyatından əsərlərinin disklərindən ibarət  sərgi nümayiş olunub. Milli Kitabxananın direktoru professor Kərim Tahirov sərgidə nümayiş olunan kitablar haqqında qonaqlara ətraflı məlumat verib.

 

Açılış mərasimi dahi sənətkarın həyat yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlayıb.

 

Tədbiri TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov açaraq bir musiqiçi kimi Qara Qarayevin əsərlərindən böyük zövq aldığını, onun əsərlərində milli musiqi ilə klassik dünyəvi musiqinin üzvi şəkildə çox məharətlə sintez olunduğunu söyləyib, dahi bəstəkarın yubileyinin digər Türkdilli ölkələrdə keçiriləcəyini qeyd edib.

 

Sonra Qazi Universitetinin rektoru professor İbrahim Uslan TÜRKSOY-un ortaq Türk mədəniyyətimizin təbliği istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən bəhs etmiş, dünya mədəniyyətinə musiqi tarixinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov kimi görkəmli musiqi xadimlərini bəxş edən Azərbaycan xalqının çox mütəfəkkir istedadlı xalq olduğunu söyləyib. O, qeyd edib ki, 100 illik yubileyinə toplaşdığımız böyük bəstəkar Qara Qarayev təkcə  Azərbaycanın deyil, bütün dünyanın musiqi xadimidir.

 

Q.Qarayevin tələbəsi olmaqla çox böyük qürur hissi keçirdiyini dilə gətirən Azərbaycan Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə dahi bəstəkarın ölməz əsərlərinin dünya musiqi mədəniyyəti tarixində layiqli yer tutduğunu, onun əsərlərinin Yaponiyadan tutmuş Kaliforniyayadək, Avropadan tutmuş Avstraliyayadək dünyanın hər yerində ifa olunduğunu fəxrlə söyləyib. F.Əlizadə unudulmaz bəstəkarın yubiley tədbirlərinin Parisdə, UNESCO-nun iqamətgahında, Londonda, Los Ancelesdə digər böyük şəhərlərdə keçiriləcəyini bildirib. Daha sonra Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim başqaları çıxış ediblər.

 

Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib. Böyük bəstəkarın əsərlərini tədbir iştirakçılarına Əməkdar artist Elnarə Kərimovanın dirijorluğu ilə böyük simfonik orkestr xor təqdim edib. Solo ifaları, ariya, romans instrumental əsərləri Əməkdar artist professor Gülşən Ənnağıyeva (Piano), Mədinə Tuqanova (mezzosoprano) Azərbaycanın Əməkdar artisti professor Toğrul Qəniyev (skripka) ifa ediblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-17 fevral.-S.12.