“Azərbaycan amerikalı uşaqların gözü ilə”

 

Bakı Xətai Sənət MərkəzindəAzərbaycan amerikalı uşaqların gözü iləadlı rəsm sərgisi açılıb.

 

AZƏRTAC xəbər verir ki, sərgi “My Way Development Center” uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşəbbüsü, Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Sərginin açılışından öncə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədilə Musayevə çıxış edərək sərginin əhəmiyyətindən söz açıb

 

Vurğulanıb ki, sərgiXalq Cümhuriyyəti İliçərçivəsində gerçəkləşib. “Bu sərgidə 40 amerikalı, 20 azərbaycanlı balaca rəssamın 60-dan çox rəsm əsəri sərgilənir. Eyni zamanda, sərgidə müxtəlif janrlı sənət əsərləri yer alır. Təqdim edilən sənət əsərləri məna məzmun baxımdan mükəmməlliyi ilə seçilir”, - deyə mərkəzin direktoru söyləyib.

 

Sonra qonaqlar sərgi ilə tanış olublar. Balaca rəssamlara diplom hədiyyələr təqdim olunub.

 

TədbirTəbəssümrəqs qrupunun konsert proqramı ilə davam edib.

 

525-ci qəzet.-2018.-17 fevral.-S.13.