Tatyana Krupa:
"Ermənistan İrəvan xanlığının irsini məhv edib"
"Vestnik Kavkaza" informasiya agentliyi V.N.Karazin adına
Xarkov Milli Universitetinin əməkdaşı,
arxeoloq, bərpaçı,
tarixçi Tatyana Krupa
ilə söhbət edib.
Bərpaçı alim öz müşahidələrinə
əsasən bu qənaətə gəlir
ki, İrəvan xanlığı dövrünə
aid tarixi abidələr
müasir Ermənistan
hakimiyyəti tərəfindən
sistemli şəkildə
məhv edilir.
Həmin müsahibəni oxuculara təqdim edirik.
- İrəvana
səfəriniz zamanı
nələri aşkar
etdiniz, nələri müəyyənləşdirdiniz?
- Əvvəla qeyd
edim ki, mən Xarkovda erməni kirvələrimizin
yanında böyümüşəm. Doğma bibimin
həyat yoldaşı
isə Bakıdan olan azərbaycanlı idi. Yəni heç bir
tərəfə qarşı
nifrət hissim yoxdur, əksinə, hörmətim və qarşılıqlı işləmək
istəyim var. İrəvanda
dəfələrlə səfərdə
olmuşam, abidələrə
baxmışam. Bunu da deyim ki, məni
səmimi qarşıladılar.
Lakin məni təşvişə
salan şəhər boyu gəzintilərim zamanı İrəvan xanlığına aid bir dənə də olsun abidəyə rast gəlməməyim oldu. Axı bu, tarixin böyük bir mərhələsidir. Mədəni
irsin müdafiəsiylə
məşğul olduğum
üçün müşahidələrim
məndə bir sıra sual yaratdı: axı niyə erməni kilsələrini, gözəl
şəhərin müasir
arxitekturasını görürəm,
amma İrəvan xanlığı saraylarına
aid arxeoloji qalıqlara
belə rast gələ bilmirəm? Yalnız, belə deyək, fars
məscidi (qeyd: İrəvan xanlığı
dövründə tikilən
Göy Məscid, azərbaycanlılara məxsusdur
- 525) var, bəs qalanları hara yox olub? Bu regionda qədim zamanlardan daş tikililər mövcud olub. Orada Erebuni qalası,
Teyşebaini qalası
qalıb, bəs xan saraylarının qalıqları haradadır?
Onlar müharibələr
zamanı yoxa çıxa bilməzdilər:
Birinci Dünya Müharibəsi zamanı Ermənistanda böyük
hərbi əməliyyatlar
keçirilməyib. İrəvana bomba tökülməyib, Spitakda baş verən zəlzələ
kimi böyük faciə bu ərazidə
yaşanmayıb. Bunlara baxmayaraq,
XIX əsrə aid saray
kompleks və məscidləri qalmayıb.
Amma həmin dövrə aid adi tikililər mövcuddur və həm də çox yaxşı vəziyətdədir. Bunu da deyim ki, İrəvan
xanlığının paytaxtında
məscidlərin sayı
mütləq çox
olmalıydı. Məsələn, işğal altında olan Şuşada 17 məscid vardı. İrəvanda da məscidlərin sayı az olmamalıydı.
Bəs onlar necə oldu? Belə nəticəyə gəlmək olar ki, onlar məqsədyönlü
şəkildə erməni
hökuməti tərəfindən
dağıdılıb. Onların Osmanlı Türkiyəsi və Səfəvi İranıyla problemlərini
nəzərə alsaq,
bu məqsəd bizə aydın görünür. Bu abidələrdə dəqiq
tarixi mənbələr
vardı, amma onsuz da, Tbilisi İncəsənət Muzeyində
XX əsrin əvvəllərində
İrəvanın azərbaycanlı
sakinlərinin fotoları,
həmçinin, rəsmlər,
o cümlədən, İrəvan
sarayının şəkli
qorunub saxlanılır.
Lakin binaların özü dağıdılıb, deməli,
İrəvanın keçmişi
haqqında siyasi miflərin tarixə heç bir aidiyyəti yoxdur.
Heç bir tarixçi-alim İrəvanın Azərbaycanın
böyük geoqrafik ərazisinə aid olmasıyla
bağlı mübahisə
etməz. Belə alınıb ki,
indi həmin ərazi Ermənistan Respublikasıdır. Biz ona yalnız inkişaf və çiçəklənmə arzu
edə bilərik.
Bəs bu ölkə XVII-XIX əsrə aid mədəni
irsi hara yoxa çıxarıb?
Xanlıq paytaxtının saray kompleksləri, özü də müstəqil və dövlətli xanlığın
sarayları - irsin məhv edilməsi doktrinası çərçivəsində
və tarixi yaddaşın yox edilməsiylə yer üzündən silinib.
- Region tarixinin
tam bir qatının məhv edilməsi cəhdini necə qiymətləndirirsiniz?
- Ukraynada VIII-X əsrlərin
Xəzər Xaqanlığı
mövcud olub. Ona görə də Ukrayna dilində bir çox türkizmlər qalıb və tarixin bu səhifəsini heç kim
cırıb atmaq fikrinə düşməyib.
Əgər indi bu periodu inkar etsəm,
onun qalıqlarını
dağıtsam, işlərimdə
nəzərə almasam,
tarixçi yox, ruhi xəstə, dəli sayılaram. Bundan əlavə, tarixi abidələri məhv etsəm, cinayətkara çevrilərəm. Ermənilərin bir çoxunun soyadı Mirzoyan, Əmirxanyan, Bəkiryandı.
Bu soyadlar onların
türk əsilliyinin göstəricisidir. Və bu,
erməni irsinin bir parçasıdır.
Necə ki, müasir Azərbaycan və Gürcüstan xalqlarının
irsinə Urartu dövrü daxildir. Minilliklər boyu, poleolit dövründən
bir xalqın dəyişmədən eyni
qalmağını iddia
etmək mümkün
deyil, qədim urartulular müasir ermənilərlə eyni ola bilməz.
Çünki, bu torpaqlara
başqa xalqlar da gəlib, evlənib, uşaqlar dünyaya gətiriblər.
Yenə də Ukraynayla bağlı bir misal çəkim: bizdə bəzi millətçilər hesab edirlər ki, Tripol mədəniyyəti qədim ukraynalılarındır. Axı onlar Kiçik Asiyadan gəlmə başqa xalq olub. Onların mərkəzi indiki Türkiyə ərazisi idi. Bəli, Tripol mədəniyyəti müasir ukraynalıların etnigenezində iştirak edib, lakin o, indiki ukraynalılarla eyni deyil. Çünki ondan sonra saltovlar, atlı xalqlar, türklər, peçeneqlər, kumanlar gəliblər. Erməni xalqının da etnogenezi eynən bu cür olub.
- Bu
il Ermənistanda İrəvanın 2800 illiyini qeyd edirlər.
Şəhər, erməni elmi mühitində
Romadan qədim hesab olunur. Bunun tarixi
sübutu varmı? Xan
dövrünə qədər mədəni irs
qalıbmı?
- Tarixi statistika, konkret vaxt siyasi mifin bir hissəsidir. Daha bir Ukrayna analoqu: Xarkovda Qızıl Ordanın izləri, e.ə. V əsrə aid erkən dəmir dövrünün abidələri var, lakin Xarkovun əsasının 1654-cü ildə qoyulduğu müəyyənləşdirilib. Bu, yazılı şəkildə Xarkovun şəhər kimi adının qeyd olunduğu ilk tarixdir. Ona qədər olanlar Xarkov deyil. Bunu da deməliyəm ki, üç min il bundan əvvəl İrəvanın bu və ya digər ad altında xatırlandığı hansısa tarixi sənədi görməmişəm, bilmirəm. İndiki İrəvan ərazisində e.ə. X-VII əsrlər Urartu dövrünə aid şəhər var, lakin o, Ereburi və Tayşebanidir. İrəvan şəhərinin bura heç bir aidiyyəti yoxdur. Şəhərin yaşını başqa dövlərə aid abidələrin tarixləri ilə yox, adının tarixi sənədlərdə ilk qeyd olunduğu vaxtla müəyyənləşdirirlər. Təəssüf ki, belə şeylər indi çox dəbdədir. Məsələn, Sevastopoldakı Balaklavanın iki min illiyini qeyd etmək kimi. İki min il əvvəl adının heç yerdə qeyd olunmaması qətiyyən vacib deyil. Əsas məsələ bunu elan etmək, qeyd etmək, büdcəni dağıtmaq, camaatı özünə güldürməkdir.
- Azərbaycan
Respublikası prezidenti İlham
Əliyevin "azərbaycanlılar tarixi
torpaqlarına qayıtmalıdır" fikrinə münasibətiniz
necədir?
- Əvvəla, mən çox gözəl başa düşürəm ki, Azərbaycan müasir dövlət kimi Ermənistanın ərazisinə iddialı deyil. Çünki bütün beynəlxalq səviyyələrdə belə deyir. Lakin artıq otuz ildir ki, Azərbaycanın dövlət nəzarəti altında olmayan işğal olunmuş torpaqlarının geri qaytarılması uğrunda mübarizədə olduğunu nəzərə alaraq, prezidentin İrəvan xanlığının Qafqazın ümumi tarixinin bir hissəsi olduğunu xatırlatması yerinə düşür. Qeyd edim ki, Qarabağ, şübhəsiz, Azərbaycan torpağıdır. Azərbaycan Respublikasının formalaşma dövründə Qarabağ onun ərazizinə aid olub və indi də ora aiddir. Qarabağ muxtariyyatı və onunla qonşu olan işğal edilmiş bütün rayonlar Azərbaycana geri qaytarılmalıdır. Buna görə də Azərbaycan prezidentini müharibə elan edərək Ermənistanı ələ keçirmək niyyətində olduğuna görə ittiham etməyin məntiqi izahı yoxdur, bu, beynəlxalq hüquqa görə də, düzgün olmazdı. Sadəcə, Azərbaycanda həyata keçirilən hərbi reform və digər islahatlar ordu quruculuğunun sürətli inkişafına zəmin yaradıb və bu gün o, daha güclü hərbi vəziyyətdədir. Lakin digər tərəfdən, Azərbaycan torpaqlarının geri qaytarılması məsələsi hələ də həllini tapmayıb.
Rus dilindən tərcümə:
Xanım AYDIN
525-ci qəzet 2018.-
20 fevral.- S.4.