Multikulturalizm Mərkəzinin 8-ci filialı ABŞ-da yaradıldı

 

RƏVAN HƏSƏNOV: "PREZİDENT İLHAM ƏLİYEVİN HƏYATA KEÇİRDİYİ SİYASƏT SAYƏSİNDƏ ÖLKƏMİZDƏKİ MULTİKULTURAL MÜHİTİ AMERİKADA TƏBLİĞ ETMƏYƏ İMKAN QAZANDIQ"

 

Dini milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

2014-cü ildə prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycanın multikulturalizm siyasətini dünyaya təbliğ etmək məqsədilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

 

Qısa müddətdə həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin Azərbaycan modeli, ölkəmizdə mövcud olan din-dövlət siyasəti, etnik mədəni müxtəlifliyi geniş arealda tanıtmaq, yaymaq mümkün olub. Bu məqsədlə mərkəz bir sıra xarici ölkələrdə nüməyəndəliklər yaradıb, dövlət siyasətinə uyğun həyata keçirilən fəaliyyətin daha sistemli, ardıcıl sürətli şəkildə aparılması təmin edilib. Ötən ilə qədər 7 ölkədə fəaliyyət göstərən filiallarda təkcə Azərbaycan həqiqətlərinin təbliği sahəsində böyük işlər görülməyib, həm ölkəmizin multikulturalizm modelinin ayrıca fənn kimi nüfuzlu universitetlərdə tədrisi həyata keçirilib. Bütün bunlar dünya ictimaiyyətinə Azərbaycanı daha yaxından tanımaq, dövlətimizin sahib olduğu təcrübəni öz həyatlarında tətbiq etmək, mövcud irqi dini ayrı-seçkiliyə qarşı güclü immunitet formalaşdırmaq imkanı verməkdədir. 

 

"Multikulturalizmin Azərbaycan modeli dünyada örnək kimi qəbul edilir"

 

Mərkəz qarşıya qoyulan məqsədlərə daha çevik şəkildə nail olmaq üçün fəaliyyət dairəsini genişləndirir. Artıq ABŞ-ın Los-Anceles şəhərində növbəti filial rəsmən fəaliyyətə başlayıb. Yeni nümayəndəliyinin həyata keçirəcəyi fəaliyyət, qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrlə bağlı "525"ə məlumat verən mərkəzin icraçı direktor əvəzi Rəvan Həsənov bildirib ki, bu filialın yaradılması Azərbaycan multikulturalizminin Amerikada geniş şəkildə təbliği, əsl həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir: "Mərkəzin ABŞ filialı sayca 8-cidir, Arizona ştatında qeydiyyatdan keçib. Buna qədər Almaniyanın Drezden, İtaliyanın paytaxtı Roma, İsrailin paytaxtı Tel-Əviv, Bolqarıstanın paytaxtı Sofiya, Moldovanın paytaxtı Kişinyov, Portuqaliyanın paytaxtı Lissabon Rusiyanın Yekaterinburq şəhərində filiallar yaradılıb".

 

R.Həsənovun sözlərinə görə, hazırda multikulturalizmin Azərbaycan modeli dünyada örnək kimi qəbul edilir, geniş şəkildə öyrənilir: "Təbii ki, bütün bunlar həyata keçirilən məqsədyönlü fəaliyyət, reallaşdırılan layihələr nəticəsində mümkün olub".

 

"Obama administrasiyasında yüksək vəzifə tutmuş Janna Skot filial rəhbəri təyin edilib"

 

İcraçı direktor əvəzi qeyd edib ki, mərkəzin ABŞ filialının yaradılması üçün uzun hazırlıq prosesi gedib: "Himayəçilər Şurasının qərarı ilə 2009-2017-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş xanım Janna Skot nümayəndəliyin rəhbəri təyin edilib. Hazırda filialın idarə heyətinin 4 üzvü var. Həmin şəxslər Kaliforniyada yaşayan müxtəlif millətlərin icma rəhbərləridir. Azərbaycan, ölkəmizin multikulturalizm modeli haqqında kifayət qədər məlumata sahibdirlər. Çünki bu icma rəhbərləri 2016-cı ildə Azərbaycanda keçirilən Beynəlxalq Humanitar Forumunun iştirakçılarıdır. Onlar ölkəmizdə olduqları vaxt mövcud etnik mədəni müxtəliflik, Azərbaycanın multikulturalizm modeli, din-dövlət münasibətləri barədə dolğun informasiya əldə edə bilib, gördüklərinə heyran qalıblar. Beləcə, bu filialın yaradılması üçün artıq baza mövcud idi. Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. Nəticədə ölkəmizdəki multikultural mühiti çox rahatlıqda Birləşmiş Ştatlarda təbliğ etməyə imkan qazandıq".

 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabı Amerika ictimaiyyətinə təqdim edilib"

 

Həmsöhbətimiz bildirib ki, yeni nümayəndəlik fevralın 5-də fəaliyyətə başlayıb: "Açılış mərasimində Azərbaycanın ABŞ-dakı baş konsulu Nəsimi Ağayev mən çıxış edərək ölkəmizin multikulturalizm modeli, mərkəz barədə Amerika ictimaiyyətinə geniş məlumat verdik. Tədbirdə xarici ölkələrin baş konsulları, elm mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya digər icmaların nümayəndələri iştirak ediblər. Mərasimdə yeni filialımızın rəhbəri Janna Skot, idarə heyətinin üzvləri Birləşmiş Ştatlardakı Koreya icmasının aparıcı liderlərindən biri, İnanc İcmaların Gücləndirilməsi Təşkilatının icraçı direktoru Heypin İm Pakistan Şurasının sədri Adnan Xan da Azərbaycanın multikulturalizm tolerantlıq ənənələri haqqında danışaraq ölkəmizin bu modelinin dünyaya nümunə ola biləcəyini qeyd ediblər.

 

Tədbirdə, həmçinin, mərkəzin bu il nəşr etdirdiyi "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı keçirilib. Azərbaycan, rus ingilis dillərində nəşr olunan kitabda prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü, rəhbərliyi ilə ölkəmizin multikulturalizm, o cümlədən, mədəniyyətlərarası dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur. Kitab böyük maraqla qarşılanıb".

 

Fevralın 6-da isə ABŞ-ın Corc Vaşinqton Universitetinin İslam Araşdırmaları Mərkəzində görüşlər keçirdiklərini deyən icraçı direktor əvəzi bildirib ki, həmin görüşlərdə universitetin professor heyətilə yanaşı, siyasətçilər iştirak ediblər: "Müzakirə olunan əsas mövzulardan biri Azərbaycan multikulturalizmi fənninin ABŞ universitetlərində tədris olunmasıyla bağlı idi. Danışıqlar olduqca müsbət məcrada keçib. Düşünürük ki, yaxın vaxtlarda Azərbaycan multikulturalizmi fənninin ABŞ universitetlərində tədris olunmasına başlaya biləcəyik. Fevralın 8-də isə ABŞ prezidentinin iştirak etdiyi Milli Dua yeməyinə qatıldıq. Həmin tədbirdə dünyanın müxtəlif ölkələrindən olan 3 mindən artıq siyasət xadimi iştirak edib. Səhər yeməyi çərçivəsində amerikalı konqresmen senatorlarla görüşlər keçirdik, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ filialının fəaliyyəti barədə fikir mübadiləsi apardıq. Azərbaycan multukulturalizminin təbliği istiqamətində gördüyümüz işlər olduqca müsbət qarşılanıb, Amerika ictimaiyyətinin fəaliyyətimizə ciddi dəstək verəcəyi açıq şəkildə hiss olunub".

 

"Azərbaycanın Gənc Dostları Klubunun 300-dən artıq üzvü var"

 

Mərkəzin filiallarının yaradılması, Azərbaycan multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi istiqamətində fəaliyyətin bundan sonra da davam edəcəyini deyən R.Həsənov bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xəttini, ölkəmizin multikultural ənənələrini bütün dünyaya yaymaq, multikulturalizmin alternativinin olmadığını hər kəsə aşılamaq başlıca məqsədləridir: "Multikulturalizm siyasəti hazırkı dünyamız üçün çox vaxibdir. ABŞ güclü nüfuzlu dövlət olduğundan, düşünürəm ki, oradakı fəaliyyətimizin doğuracağı rezonans dünya ictimaiyyətinə daha tez çatacaq".

 

İcraçı direktor əvəzinin sözlərinə görə, mərkəzin əldə etdiyi uğurların arxasında bir sıra mühüm amil dayanır: "Əvvəla, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində getdiyimiz bütün ölkələrdə Azərbaycanın multikulturalizm modeli haqqında kifayət qədər məlumatlılığın olduğunu görürbunun əsasında fəaliyyətimizi qura bilirik. İkincisi, mərkəzin Himayəçilər Şurasının üzvləri - ziyalılarımız bizə böyük yol göstərirlər. Akademik Kamal Abdullayevin rəhbərliyi ilə bizim fəaliyyət xəttimiz formalaşıb. Mərkəzin nümayəndəliklərinin hər birinin öz planı var. Himayəçilər Şurasınin təsdiq etdiyi bu proqram bir neçə istiqamətdən ibarətdir. Bunlardan biri Azərbaycan multikulturalizmi fənnin xarici universitetlərdə tədrisiylə bağlıdır. Filiallarımız ali məktəblərlə yaxından işləyir, tələbə kontingenti ilə sıx əlaqələr qurur, müştərək fəaliyyətlər həyata keçirir, həmin tələbələrin yay-qış məktəblərində iştirak etməsi üçün Azərbaycana səfərləri təşkil olunur. Nəticədə onlar Azərbaycanın dostlarına çevrilirlər. 2015-ci ildə həmin gənclərin iştirakı ilə Azərbaycanın Gənc Dostları Klubu yaradılıb. Artıq bu klubun 300-dən artıq üzvü var. Hazırda Azərbaycan həqiqətləri, ölkəmizin multikulturalizm modeli barədə təkcə soydaşlarımız yox, eləcə də xarici vətəndaşlar danışmağa başlayıb, bir növ dövlətimizin təbliğatçısına çevriliblər. Məsələn, ABŞ və ya İtaliya filiallarında bir nəfər də olsa, azərbaycanlı çalışmır. Artıq Amerika ictimaiyyətində nüfuz sahibi olan şəxslər multikulturalizmin Azərbaycan modeli haqqında özləri təbliğat aparırlar. Onlar həqiqətləri çatdırırlar. Əlbəttə ki, tətbiq etdiyimiz bu metod daha effektli olmaqla, heç bir halda mənfi reaksiya doğurmur".

 

Los-Ancelesdə yerləşən yeni filialın rəhbərinin Barak Obamının prezidentliyi dövründə dövlət administrasiyasında vəzifə tutduğunu deyən R.Həsənov qeyd edib ki, onun Amerikanın siyasi elitasında böyük nufuzu var: "Janna Skotu həm konqresmenlər, həm senatorlar, həm də qeyri-hökumət təşkilatları yaxşı tanıyırlar. Xanım Skotun bu işə cəlb edilməsi isə mərkəzin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayevin təşəbbüsüdür. Məhz onun bu təklifinə xanım Skot Bakıda olarkən məmnuniyyətlə razılıq verib. Biz hamımız inanırıq ki, bu layihə Azərbaycan multikulturalizminin yalnız Kaliforniyada yox, ümumilikdə Amerika ictimaiyyəti arasında geniş yayılmasına imkan verəcək. Əsas məqsədimiz də elə budur".

 

Ceyhun ABASOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

 

525-ci qəzet  2018.- 20 fevral.- S.5.