Akademik İsmayıl Hacıyevin məqaləsi
"İRS-Herencia" jurnalında
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyevin məqaləsi ispan dilində çap olunan "İRS-Herencia"
beynəlxalq jurnalının
bu ilə olan yeni nömrəsində
dərc olunub.
"Əlincəqala-Azərbaycanın
əyilməzlik simvolu"
adlı məqalədə
Azərbaycan dövlətçiliyi
tarixində özünəməxsus
yeri olan Əlincəqala barədə
məlumat verilib, Naxçıvan memarlıq
məktəbinin izlərini
özündə əks
etdirən qalanın fotoşəkilləri yer alıb.
Məqalədə qeyd olunur ki, Əlincəqala Naxçıvan şəhərindən
30 km şərqdə, Culfa
rayonunun Xanəgah kəndinin ərazisində,
Əlincə çayının
sağ sahilində,
1811 metr hündürlüyə
malik olan sıldırım Əlincə
dağının üzərində
yerləşir. Qala bu ərazidə yaşamış
"Əlincək" tayfa
birliyi tərəfindən
eramızdan əvvəl
tikilmiş, eramızın
V əsrinə qədər
bərpa edilmişdir.
Əlincək qədim türk
boylarından biridir.
Əlincə adı isə
həmin tayfa birliyinin adından yaranmışdır.
Bildirilir ki, Əlincəqala ən qədim müdafiə qalası və yaşayış yeri olmuşdur. Bu qalanın tarixi Azərbaycan xalqının
azadlıq və istiqlaliyyət uğrunda yadelli işğalçılara
qarşı apardığı
mübarizə tarixi ilə sıx bağlıdır. Əlincəqala haqqında orta əsr mənbələrində
çoxlu məlumatlar
vardır. Bu mənbələr içərisində
Əlincəqalanın adı
çəkilən elmə
məlum olan ən qədim qaynaq "Kitabi Dədə-Qorqud" dastanıdır.
Əlincəqalanın adına dastanın
"Uşun Qoca oğlu Səgrək boyunu bəyan edər" boyunda rast gəlinir.
Diqqətə çatdırılıb ki,
Azərbaycanın əyilməzlik
simvolu, xalqımızın
qürur mənbəyi
olan Əlincəqala dövlət müstəqilliyimizin
bərpasından sonra
ölkəmizdəki digər
maddi-mədəniyyət abidələri
kimi yüksək dövlət qayğısı
ilə əhatə olunub. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbovun "Naxçıvan
Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması
və pasportlaşdırılması
işinin təşkili
haqqında" 6 dekabr
2005-ci il tarixində imzaladığı
Sərəncama əsasən,
muxtar respublika ərazisindəki abidələr
qeydə alınıb
pasportlaşdırılarkən Əlincəqala haqqında
da məlumatlar toplanıb. Əlincəqala
Naxçıvan Muxtar
Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 21 noyabr tarixli qərarı ilə təsdiq edilən "Naxçıvan
Muxtar Respublikası ərazisindəki daşınmaz
tarix və mədəniyyət abidələrinin
dünya, ölkə və yerli əhəmiyyətli
tarix və mədəniyyət abidələri"nin
siyahısına dünya
əhəmiyyətli abidə
kimi daxil edilib.
Məqalədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 11 fevral 2014-cü ildə imzaladığı "Culfa
rayonundakı "Əlincəqala"
tarixi abidəsinin bərpa edilməsi haqqında" Sərəncama
əsasən, 2014-cü ilin
aprel ayında Əlincəqalada bərpa
işlərinə başlanıb.
Bərpa
işləri zamanı
qalanın zirvəsinə
yol çəkilib, Əlincəqaladakı qədim
yaşayış yerləri,
təsərrüfat binaları,
qala divarları, mühafizə yerləri, səngər və bürclər, su hövzələri tədqiq
edilib, onların forması müəyyənləşdirilib.
Qala tarixi görkəmi saxlanılaraq bərpa edilib. Həmçinin, Əlincə dağının
qərb ətəyində,
qalaya qalxan yolun kənarında "Əlincəqala" Tarix-Mədəniyyət
Muzeyi yaradılıb.
Əlincəqalada bərpa-abadlıq işləri
başa çatdırılıb
və 17 iyun
2016-cı il tarixdə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbovun iştirakı ilə açılış mərasimi
olub.
Akademik İsmayıl Hacıyevin
"Əlincəqala-Azərbaycanın əyilməzlik simvolu"
adlı məqaləsi
dünyanın ispandilli
ictimaiyyətinin Naxçıvanın
dünya əhəmiyyətli
abidəsinin tarixi və orada aparılan
bərpa işləri
ilə tanış
edilməsi baxımından
əhəmiyyətli mənbədir.
525-ci qəzet 2018.- 20 fevral.- S.2.