"Kardeş kalemler" dərgisinin yeni
sayı
"Kardeş kalemler" dərgisinin 2018-ci il üçün
ilk sayı da Türk dünyasının
müxtəlif ölkə
və topluluqlarından
olan yazarların, ədəbiyyatşünasların maraqlı əsərləri
ilə zəngindir.
Ənənə üzrə, bu il də
dərginin yanvar buraxılışı Türk
Dünyasında İlin
Ədəbiyyat Adamı
adına layiq görülmüş yazarın
əsərləri ilə
başlayır. 2018-ci ildə Dünyasında İlin Ədəbiyyat Adamı tatar şairi Zinnur Mansurovdur. Şairin qısa bioqrafiyasından
sonra Ataman Kalebozan və Çulpan Zaripova Çetinin tərcüməsində şeirləri
yer alıb.
Jeton Kelmendi
"Səhərin beş
radələrində Peja"
şeiri ilə dərgiyə Kosovadan qatılıb. Şairin bioqrafiyasından sonra yayımlanan şeiri professor Məmməd
İsmayıl tərcümə
edib.
Avrasiya Yazarlar Birliyinin başqanı
professor Yaqub Öməroğlu
"Bu dünyadan Yücəl
Hacaloğlu keçdi",
Hüseyn Albayraq "Qədim dostum Yücəl Hacaloğlunun
ardından" esselərində
mərhum jurnalist-yazarı
yad ediblər.
Türkiyədən Rahmi Əli "Ağac" hekayəsi, Hafizə Poyraz yazıçı Adnan Şenərlə müsahibəsi, Atalay Yağmur "Belemedik və Varda körpüsü
gəzintisi" essesi,
Gülnisə Uzun və Oğuz Alparslan Çatal "Arslan Koyçiyevin həyatı və Mismildirik (Bədəldəki
qarğış) adlı
romanı" məqalələri
ilə dərginin bu sayındadırlar.
Türkiyəli ədəbiyyatşünas Aysun
Dəmirəz Günerinin
böyük Azərbaycan
şairi haqqında qələmə aldığı
"18-ci yüzilliyin gözəllik
və sevgi şairi Molla Pənah Vaqif" məqaləsi də buradadır.
Qazaxıstandan Nurgali Oraz "Türk Göyündəki
qazax ulduz" yazısı ilə qatılıb. Onun məqaləsini Türkiyə
türkcəsinə Cəmilə
Xınacı çevirib.
"Kardeş kalemler"
dərgisinin yanvar buraxılışında dekabrın
19-da Ankarada TÜRKSOY tərəfindən
keçirilmiş II Beynəlxalq
Dədə Qorqud Teatr əsəri müsabiqəsinin mükafatlandırma
mərasimindən geniş
reportaj yer alıb. Xəbər verdiyimiz kimi,
sözügedən müsabiqədə
mükafatçılar arasında
Azərbaycan yazıçısı
Pərvin də yer alıb. Dərgidə mərasimdən geniş
reportajla yanaşı,
qaliblərin bioqrafiyası
da dərc olunub.
Abdrasul İsakov
"Sovetlər Birliyi
dövründə Qırğızıstanda
nəşr edilən türk şair və yazarların fəaliyyətləri (1950-1991)" adlı məqaləsi ilə Qırğızıstandan
qatılıb.
Dərginin sondakı "Xəbər"
bölməsində Kastamonunun
TÜRKSOY-un 2018-ci il üçün
Türk Dünyası
Mədəniyyət Paytaxtı
seçilməsi və
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun
Beynəlxalq Türk mədəniyyət və
mirası vəqfini ziyarəti ilə bağlı reportajlar yer alıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 20 fevral.- S.8.