Rejissor Elçin Axundovun 70 illiyi qeyd edildi
“Azərbaycanfilm”
kinostudiyasında animasiya
rejissoru və ssenari müəllifi Elçin Axundovun anadan olmasının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.
APA-nın məlumatına görə, kinostudiyanın
direktoru Müşfiq Hətəmov bildirib ki, Elçin Axundov Azərbaycan animasiyasının formalaşmasında
və inkişafında
xüsusi yeri olan, yaratdığı cizgi filmlərində öz dəsti-xətti ilə tanınan rejissordur. Bu gün
onun öz təcrübə və bacarığını ötürdüyü
tələbələri dünyanın
müxtəlif ölkələrində
fəaliyyət göstərirlər.
Tədbirdə çıxış edənlər qeyd edib ki, sənətkarın
Azərbaycanın animasiya
sahəsində göstərdiyi
xidmətləri layiqincə
qiymətləndirilib və
2000-ci ildə “ Əməkdar mədəniyyət
işçisi” fəxri
adına layiq görülüb.
1968-ci ildən Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinin məzunu
kimi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək
fəaliyyətinə başlayan
Elçin Axundov quruluşçu rəssam
kimi çalışdığı
“Cırtdan və Div”,
“Uçan zürafə”,
“Humayın yuxusu”, “Lovğa fil balası” kimi cizgi filmlərində özünü ssenarinin xarakterik ideyasını həmişə duyan, təkrardan , şablondan qaçan bir rəssam kimi göstərib.
1993-cü ildən “Azanfilm”
studiyasında direktor,
sonralar həm də bədii rəhbər kimi çalışmaqla yanaşı
rejissor, rəssam, ssenari müəllifi kimi yeni animasiya
filmlərinin yaranmasında
iştirak edib. “Ümid”,
“Söhbətül- Əsmar”,
“Cavanşir”, “Qızıl”,
“Qarğa balası və özgə yuvası” kimi animasiya filmləri buna bariz nümunədir.
525-ci qəzet.-2018.-21
fevral.-S.8.