Soltan Soltanlının "İrrealizm" adlı rəsm sərgisi
açıldı
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı
ilə fevralın
19-da institutun sərgi
salonunda Azərbaycanın
tanınmış rəssamı
Soltan Soltanlının
"İrrealizm" adlı
fərdi sərgisinin açılışı olub.
Sərgidə ölkəmizdəki xarici
diplomatik korpusun nümayəndələri, mədəniyyət
və incəsənət
xadimləri iştirak
ediblər.
Mərasimdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir çıxışında
qeyd edib ki, sərgidə nümayiş olunan əsərlərin xeyli hissəsi ötən il çəkilib
və həmin əsərlər dərin
məzmun kəsb edir: "Rəssam ən dərin fəlsəfi əsəri
elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin.
Bu mənada Soltan
öz işinin öhdəsindən bacarıqla
gəlir və mövzunu tamaşaçı
üçün bütünlüklə
açmağa çalışır.
Soltan Soltanlı həm də qrafik və karikaturaçı rəssam kimi tanınır. O, bir sıra beynəlxalq müsabiqələrin qalibi
və mükafatçısı,
sərgi və festivalların iştirakçısıdır,
əsərləri beynəlxalq
kataloqlarda yer alıb. Rəssamın əsərləri müxtəlif ölkələrdəki
muzey və özəl kolleksiyalarda da saxlanılır".
Sərginin müəllifi Soltan Soltanlı tədbirin təşkilatçılarına və iştirakçılarına
təşəkkür edərək
irrealizm üslubunun çağdaş rəssamlıqda
bədii-estetik prinsipləri,
tələbləri haqqında
məlumat verib. O deyib ki, irrealizm təsviri
sənətdə yeni
üslubdur, "irreal"
- gerçək olmayan
deməkdir və fantaziyalara əsaslanan yaradıcılığı xarakterizə
edir. Müəllif bildirib ki, irrealizmin başlıca tələbi qeyri-reallığı
inandırıcı, məntiqli,
fəlsəfi, aydın
və sadə çəkməkdir. O da
həmin üslubun tələblərinə əməl
edərək sənətin
əbədi mövzularına
baş vurmağa, tamaşaçıları düşünməyə
və düşündürməyə
çalışıb.
Sonra rəssam onun əsərləri ilə tanış olmağa gələnləri
sərgi salonuna dəvət edib və tamaşaçılar
onun fırçasının
irrealizm üslubda olan yaradıcılıq məhsullarını maraqla
izləyiblər.
Fevralın 23-dək davam edəcək sərgidə rəssamın
irreal üslubda yaratdığı 50-yə yaxın
rəngkarlıq əsəri
nümayiş olunur.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-21 fevral.-S.7.