"Sənin yerin görünür..."

 

ŞAİR ƏLİAĞA KÜRÇAYLININ 90 İLLİYİ YAZIÇILAR BİRLİYİNDƏ QEYD EDİLİB

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli şair Əliağa Kürçaylının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca açaraq Ə. Kürçaylının həyat yaradıcılıq yolundan danışıb: "XX əsr Azərbaycan ədəbiyyatının çox görkəmli bir nümayəndəsinin anım gününə yığışmışıq. Əliağa istedadlı şair, açıqsözlü, mərd zəhmətkeş bir insan idi".

 

Tədbirin aparıcısı Xalq şairi Sabir Rüstəmxanlı Ə. Kürçaylının Azərbaycan ədəbiyyatındakı yerini vurğulayaraq onun şəxsiyyətindən poeziyasından söz açıb: "Əliağa Kürçaylının Azərbaycan ədəbiyyatına xidmətləri danılmazdır. O, cavan ikən - 52 yaşında dünyadan köçüb. Buna baxmayaraq, zəhmət çalışqanlıqla, istedad bacarıqla adını ədəbiyyat tariximizə yazıb. Dantenin "İlahi komediya"sını dilimizə tərcümə etmək bir ömür istəyir ki, o, bunun öhdəsindən uğurla gəlib. Əliağa Kürçaylı yaradıcılığı hər şeydən əvvəl ideya-bədii yetkinliyi, ictimai mündəricəsi, möhkəm vətəndaş mövqeyi, güclü vətəndaşlıq pafosu ilə seçilir. Müasirlərinin mənəvi kamilliyi uğrunda bir şair, dramaturq, publisist, tərcüməçi kimi fəal surətdə iştirak edib. 1950-ci illərin əvvəllərindən başlayaraq o, ədəbi mühitin gur axınında olub, respublikamızın mədəniyyətində baş verən bütün yeniliklərə həm yaradıcı şəxsiyyət, həm fəal ziyalı mövqeyindən ürəklə qoşulub. İlk kitabı 1951-ci ildə nəşr olunub. Sonrakı illərdə bir-birinin dalınca buraxdığı "Salam keçmiş günlərim", "Gözəllik", "Cavabsız məktublar", "Nargindən əsən külək", "Şeirlər", "Əsmər Səfər", "Səfərə çıxmıram" bir çox seçilmiş əsərlərin, ciddi ictimai məzmunlu şeirlərin Azərbaycan Sovet poeziyasında epik-lirik janrın inkişafında mühüm rol oynayan poemaların müəllifi kimi geniş şöhrət qazanıb. Yaradıcılığı onu xalqın sevimli sənətkarlarından birinə çevirib".

 

Yazıçı Seyran Səxavət, şairlər Oqtay Rza, Ramiz Məmmədzadə, publisist Zemfira Məhərrəmli başqaları çıxış edərək Ə. Kürçaylının şeirlərindən oxuyub, yubilyarla bağlı xatirələrini danışıblar. Qeyd ediblər ki, Ə. Kürçaylı dilimizi, poeziyamızı qoruyan böyük sənətkardır onun xatirəsi əbədi yaddaşlarda qalacaq, daim anılacaq.

 

Sonda tədbirin təşkilatçısı, şair Fərqanə Mehdiyeva söz alaraq Ə. Kürçaylı poeziyasına məhəbbətindən danışıb, şairin xatirəsini əziz tutan tədbir iştirakçılarına minnətdarlıq edib.

 

MÜŞFİQ

 

525-ci qəzet  2018.- 21 fevral.- S.7.