Şəmkirdə mühazirə:
"Cümhuriyyət tariximiz və müasirlik"
Dünən Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu və
Şəmkir Rayon İcra
Hakimiyyətinin birgə
təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma
şöbəsinin müdiri,
siyasi elmlər üzrə fəlsəfə
doktoru, millət vəkili Aydın Mirzəzadənin
rayon ictimaiyyəti ilə
görüşü olub.
Prezident
İlham Əliyevin
2018-ci ilin ölkəmizdə
"Azərbaycan Xalq Cümhuriyyəti İli"
elan edilməsi haqqında imzaladığı
Sərəncama uyğun
olaraq keçirilən
tədbirdən öncə
qonaqlar Şəmkir
Rayon İcra Hakimiyyətinin
başçısı Alimpaşa
Məmmədovla görüşüb,
rayonda həyata keçirilən quruculuq işləri, davamlı islahatlarla bağlı fikir mübadiləsi aparıblar.
Heydər
Əliyev Mərkəzində
keçirilən tədbirdə
iştirakçılara öncə
Tahir Tahiroviçin rejissorluğu və İntiqam Qasımzadənin
ssenarisi əsasında
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında
çəkilmiş "Parisdən
məktublar" sənədli
filmi nümayiş etdirilib.
Mərasimi giriş sözü
ilə açan Mərkəzin direktoru və Bilik Evinin
müdiri, millət vəkili Sona Əliyeva deputat həmkarını Şəmkirdə
salamlamaqdan məmnun olduğunu bildirib, Bilik Fondunun dəstəyi ilə Bilik Evinin təşkil
etdiyi müxtəlif məzmunlu maarifləndirici layihələrdən,
onların yerli əhali üçün əhəmiyyətindən söz
açıb.
S.Əliyeva ölkə başçısının
imzaladığı fərman
və sərəncamlardan
irəli gələn məsələlərlə bağlı
bu il
planlaşdırılan tədbirlərin
mahiyyətini diqqətə
çatdırıb.
Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu
təmsil etdiyi qurumun "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində
elm-təhsil müəssisələrində,
dövlət və özəl qurumlarda təşkil etdiyi və planlaşdırdığı
mühazirə və görüşlər, film nümayişləri
və kitab təqdimatları, elmi və mədəni-kütləvi
tədbirlər barədə
ətraflı məlumat
verib.
C.Musaoğlu 2018-ci ildə Azərbaycanın
ev sahibliyi edəcəyi regional və
beynəlxalq səviyyəli
mötəbər tədbirlərin
adlarını sadalayaraq,
ölkəmizin dünyada
güvəncli imic qazandığını diqqətə
çatdırıb, dövlətin
bu səviyyəyə
yüksəlməsində daxili
sabitliyin, iqtisadi inkişafın, əhalinin
maddi və mənəvi rifahının
hər ötən gün daha da
yaxşılaşmasının rolu olduğunu bildirib.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının
sədri Fəxrəddin
Vəliyev hakim partiyanın
xalqdan yekdilliklə dəstək alaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik hüquqi prinsiplərə və milli-mənəvi dəyərlərə
söykənərək, Azərbaycan
Xalq Cümhuriyyətinin
mənəvi varisliyi prizmasından ölkənin ikinci dəfə müstəqilliyinə
nail olduğunu xatırladıb.
Sonra siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Aydın Mirzəzadə
"Cümhuriyyət tariximiz
və müasirlik"
mövzusunda mühazirə
ilə çıxış
edib. Millət vəkili
Azərbaycan xalqının
zəngin dövlətçilik
tarixindən söz açıb: "Genetik yaddaş hər nəslin azərbaycançılığı
qoruyub saxlamağa və yeni dəyərlərlə
genişləndirməyə imkan verir. 1918-1920-ci
illərdə fəaliyyət
göstərmiş Azərbaycan
Xalq Cümhuriyyəti
Azərbaycan xalqının
müstəqillik potensialının
göstəricisi idi.
Tarixi səbəblərdən süquta
uğrayan respublika
1991-ci ildə yenidən
tarix səhnəsinə
qayıtdı, 1993-cü ildən
isə əvvəl Ulu Öndər Heydər Əliyevin, sonra isə Prezident cənab İlham Əliyevin möhtəşəm fəaliyyəti
ilə müstəqilliyimiz
əbədi oldu".
Sonda millət
vəkili Aydın Mirzəzadə tədbir iştirakçılarının çoxsaylı suallarını
ətraflı cavablandırıb.
525-ci qəzet.-2018.-21
fevral.-S.2.