"Azərbaycan qadını
yaradır" kitabı nəşr edildi
"Sönməz
Məşəl" Mədəni Əlaqələr
İctimai Birliyi UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının tövsiyəsi və
UNESCO-nun maddi dəstəyi ilə həyata keçirdiyi
"Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi
və qadınların uğurlarına dair yaradıcı söhbətlər"
layihəsinin yekunlarına həsr edilmiş tədbir keçirib.
Layihə
çərçivəsində ötən ilin yayında 40-a
yaxın gənc azərbaycanlı qadın rəssam və
yazar üçün seminarlar təşkil edilib. Seminarlar
zamanı yaradıcı qadınlar Azərbaycan
qadınının həyatına, uğurlarına, həyatda
rastlaşdıqları problemlərə dair söhbətlər
aparıb, yaradıcılıq mübadiləsi əsasında
yazıçılar rəsmlərə bədii əsərlər
- kiçik hekayə, şeir və esse həsr edib, rəssamlar
isə yeni yazılan bədii nümunələrə rəsm
çəkib.
Seminarlara
Amerika Birləşmiş Ştatlarının Kaliforniya
Dövlət Universitetinin müəllimi, şair və tərcüməçi
Əlison Məndəvil, Azərbaycan Dillər Universitetinin
dosenti və "Sönməz Məşəl" Mədəni
Əlaqələr İctimai Birliyinin sədri Şəhla
Nağıyeva rəhbərlik edib.
Rəssamlarla
yazarların yaradıcı ünsiyyəti nəticəsində
yaranan əsərlər toplu şəklində nəşrə
hazırlanıb və bədii nümunələr ingilis dilinə
tərcümə edilib.
Sonda
"Azərbaycan qadını yaradır: Yazarlarla rəssamlar
arasında ünsiyyət" adlı kitab-albomda rəsm əsərləri
onlara yazılmış bədii nümunələr və
onların ingilis dilinə tərcüməsi ilə birlikdə
nəşr edilib.
"Qadınlar
yaradır: Azərbaycanda gender bərabərliyi və
qadınların uğurlarına dair yaradıcı söhbətlər"
layihəsinin yekunlarına həsr edilmiş mərasimdə həmin
kitab təqdim edilib, yaradıcı seminarlar zamanı çəkilən
rəsmlərdən ibarət sərgi təşkil olunub. Yazar
qadınlardan bəziləri kitabda verilən bədii
parçalardan nümunələr oxuyublar.
Azərbaycan
Dillər Universitetinin Amerika Mərkəzində keçirilən
təqdimat mərasimində Universitetin prorektoru vəzifəsini
icra edən Sərraf Hüseynov, UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyası Daimi Katibliyinin ikinci
katibi Leyla Hacıyeva, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Könül
Bünyadzadə çıxış edərək layihənin
əhəmiyyəti barədə danışıblar.
Yazıçılardan Svetlana Turan, Jalə İsmayıl, Rəbiqə
Nazimqızı, Sevinc Çılğın, Nuranə Nur,
Aysel Kərim və başqaları layihədə
iştirakları barədə danışıb, bədii
nümunələr oxuyublar.
XƏDİCƏ
525-ci qəzet 2018.- 22 fevral.- S.7.