Nəcməddin
Mürvətov
QƏLBİN OLA ZİNDANIM...
Məni
qəlbinə sal,
"cəzam" ömürlük,
Açma əbədilik qapılarını.
Sevgi, eşq, məhəbbət
qoşun bir bölük,
Alsın mühafizlik ixtiyarını.
Qoyma yad göz baxa
kilid yeri də,
Bağla nəfəsliyi, görməyim
işıq.
Qalsın
azadlığım daha
geridə,
Belə məhbusluqla qurum barışıq.
İsti
künc-bucağa ehtiyacım
yox,
Köksün hərarəti bəs edər mənə.
Bu məhbəs həyatım
nəşə verər
çox,
Qurram təkliyimə
burda təntənə.
İstəyim verməz yox, görüş həsrətə,
Buraxmaz hicranı
azacıq yaxın.
Salar xoşbəxtliyim məni heyrətə,
Üstümə sevincdən gur olar axın.
Bağla
qapıları sən
tamam-kamal,
Kəs fani dünyayla hər əlaqəmi.
Bax bu arzum olub
tək istək, amal,
Başıma vurandan sevdanın dəmi.
Çevir ürəyini bağlı
zindana,
Sarı ülfətinlə əlim,
qolumu.
Varlığım sığınsın tək bu ünvana,
Sevinim, görməyim
sağı-solumu.
ƏLİNDƏDİR
ÜRƏYİMİN AÇARI
Əlindədir ürəyimin açarı,
Tək mənzil
var, təkcə sənə orada.
Gəl incitmə ümidsizi, naçarı,
Rəva bilmə hey araya, sora da.
Hesabsızdır ətrafında dolanan,
Gendən baxan, baxıb ağzı sulanan.
Həsrətindən alovlara qalanan,
Bundan düşən
hədsiz, gücə,
zora da.
Bax ki, ən çox
sevən səni mənəm mən,
Başqa kimsə beləsi var? - Etmə zənn.
Salma nəzər qeyrisinə, tutma tən,
Olma səbəb
sinədə köz, qora da.
Nə olar ver sən
lehimə qərarı,
Dadım sevgi-məhəbbətdən nübarı.
Üstün tutma, sevindirmə
əğyarı,
Qıyma ruhu düşüncələr
yora da.
Yox, tərəddüd eyləmə
yox, seçimdə,
Deyilik ki eyni ölçü-biçimdə.
Yol ver eşqdə, irəliyə keçim də,
Rəhmin gəlsin mənə - bəxtdən kora da.
Əlindədir ürəyimin açarı
Tək mənzil
var, təkcə sənə orada.
Gəl incitmə ümidsizi, naçarı,
Rəva bilmə hey araya, sora da.
DÜBRARA GEDƏK
Çağır səslə hay-harayla,
Gəlim Dübrara getməyə.
Dar cığırlı yol dolayla,
Qalxıb zirvəyə yetməyə.
Ovuclayım bumbuz qarı,
Qucum bəyaz
buludları.
Xəyallanıb bir yol barı,
Bomboz dumanda itməyə.
Gözəlliyə uyum, dalım,
Sərməst olum, heysiz qalım.
Köklənə şeirə əhvalım
Qumru, bülbültək
ötməyə.
Quca-quca
qaya, daşı,
Pusum gizlin gədik qaşı.
Tutam bir ahu baxışı,
Məqam qaçmaya, ötməyə.
Hey sinəmi döyə külək,
Ətrafımda çaxa şimşək.
Bir iş görə indi fələk
Günüm uzana, bitməyə.
Lap çox olsun cəfamı de,
Görəcəyim səfamı de.
Nəcməddinə rəvamı de,
Bəs bu muraza yetməyə?
GETDİ
Getdi, ürəyimə qoyub nisgili,
Getdi, geriyə
də çönüb
baxmadı.
Getdi, tək xoş sözə dönmədən
dili,
Getdi, gözlərindən
heç yaş axmadı.
Kirimiş, həsrətlə baxdım
dalınca,
Bitdi uzaqlaşan
addım səsləri.
Hönkürdüm bir anda tənha qalınca,
Unudub halımı
duyan kəsləri.
Məhkumam xəyalla yaşayam
indi,
Görən onsuzluğa dözəcəm
necə?!
Köksüm parçalanar, bax
bu yəqindir,
Özümə təsəllim bihudə, becə.
Sayacam birbəbir onsuz günləri,
Dönəcək əzaba ötən hər bir an.
İtəcək yaşamın məna
dəyəri,
Gəzəcəm havalı, dərdli, pərişan.
İz qalar köksümdə bu ayrılıqdan,
Ömrümü gödəldən dərin,
qanlı iz.
Çökər üzərimə göylər,
asiman
Çəkər varlığımı qubardan
dəniz.
Getdi, ürəyimə qoyub nisgili,
Getdi, geriyə
də çönüb
baxmadı.
Getdi, tək xoş sözə dönmədən
dili,
Getdi, gözlərindən
heç yaş axmadı.
BU GÜNÜ ÖMRÜMƏ YAZMA
Ağır düşüncələr yorur başımı,
Bitirə bilmirəm qəlb savaşımı.
Saxlamaq mümkünsüz
gözdən yaşımı.
Göylərə yetişir and, aman,
ahım,
Bu günü ömrümə
yazma, Allahım.
Bədxahlar önündə acizəm
necə,
Bax, olub gündüzüm qaranlıq
gecə.
Möhtacam indi mən qeybdən
bir gücə.
Sənsən ümid yerim, təkcə pənahım,
Bu günü ömrümə
yazma, Allahım.
Kəsib
bənd-bərəni, yol-girişimi,
Salıblar düyünə adi işimi.
Odlara
tab edib sıxdım dişimi.
Yox ki bu dünyada
bir xeyirxahım,
Bu günü ömrümə
yazma, Allahım.
Qatil önündə də qırpmamışam göz,
Yetər
məsləhətlər- "Döz, bir az
da döz"
Çarə ver, söylə
ki: "Dərdi belə çöz"...
Ta ki azca nurlu
gələ sabahım,
Bu günü ömrümə
yazma, Allahım.
XIZININ
İstəyirəm gələm ora
- dağlara,
Köksə çəkəm havasını
Xızının.
Həsrət vurub bax sinəmə dağ, yara,
Çəkəm məlhəm dəvasını
Xızının.
Bulağından bircə ovuc içəm su,
Diləyimdir, ürəyimin arzusu.
Bəsim
olar bir çimirlik uyğusu,
Tapam ruha şəfasını Xızının.
Qayalarla,
zirvələrlə ülfətim,
Yetər, keçsin qəlbdən nisgil, möhnətim.
Artar şəksiz vurğunluğum,
heyrətim,
Görcək min bir səfasını Xızının.
Xatirələr çözələnər burada,
Düşər ərlər, ərənlər
də hey yada.
Səbəb olar göz yaşıma arada,
Çəkənləri cəfasını Xızının.
Dağlılarda qürur, əzmi,
ilqarı
Görüb, Tanrı heykəl etdi Dübrarı.
Ziyarətə gedəm hərdənbir
barı,
Alam nəzmə
vəfasını Xızının.
BİR ŞEİR SÖYLƏ
Kİ...
Bir şeir söylə ki, yatsın ruhuma,
Məni uzaqlara çəksin, aparsın.
Qarışsın mənası hissim-duyğuma,
Ağrıdan-acıdan, alsın qoparsın.
Bir şeir söylə ki, qəhər, qüssə, qəm
Gözümün yaşıyla axsın üzümə.
Kövrəlim içimdən, püskürsün
naləm,
Bəlkə bax belədə gəlim özümə.
Bir şeir söylə ki, fikirlərimi
Çözərək çıxarsın
bəlkə bir yana.
Gəliri-çıxarı, kəsiri-kəmi,
Bağlasın canımda olan imkana.
Bir şeir söylə ki, xəyala dalım,
Kədərim ovunsun xəyallarımla.
Barı
dalğınlıqda dəyişsin
halım,
Süzülsün sinəmə bir neçə damla.
Bir şeir söylə ki, mənası dərin,
K öklənə varlığım
sözə, kəlməyə.
Gəzə kəhkəşanın ənginliklərin,
Ruhum göydə
qala, yerə enməyə.
ƏZMİN
GÜCÜ
Qanad taxıb səmalarda uçarsan,
Yetib, çatıb buludları qucarsan.
Ənginliyə yepyeni yol açarsan,
Bacararsan,
əl vurarsan lap Aya,
Qoysan əzmi,
iradəni ortaya.
Zirvələri qeyrətinlə aşarsan,
Həzz
duyarsan baxışınla
daş yarsan,
Hünərindən xoş məmnunluq yaşarsan.
Ovxalanar
bil önündə sərt qaya,
Qoysan əzmi,
iradəni ortaya.
Dəryaların dərinini seçərsən,
Qurutmağa birnəfəsə içərsən,
Tufanlardan
üzə-üzə keçərsən,
Yetişərsən məqamında
o taya,
Qoysan əzmi,
iradəni ortaya.
Alovları eyləyərsən asan ram,
Vulkanları söndürərsən sanıb şam,
Şimşəklərə lağ edərsən deyib "xam".
Hey düzərsən məğlubları
sıraya,
Qoysan əzmi,
iradəni ortaya.
Olmaz sənin nəzərində
bir çətin,
Düşər dilə, ağızlara qüdrətin.
Adi olar bil səbəbi
heyrətin,
Həqiqətə çevriləndə hər xülya,
Qoysan əzmi,
iradəni ortaya.
525-ci qəzet 2018.- 23 fevral. - S.6.