Elza İbrahimova yad edildi

 

Fevralın 21-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

 

Tədbirdə Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən, Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb. Bildirib ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.

 

Dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd variasiya silsilələri, "Fortepiano üçün sonatina", "Skripka fortepiano üçün skerso", "İki skripka üçün birhissəli kvartet", "Fortepiano üçün trio", simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu yüksək bədiiliyi ilə səciyyələnir.

 

Azərbaycanın görkəmli şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıların hər zaman sevilərək ifa olunduğunu söyləyən Sərdar Fərəcov, bəstəkarın son dövr yaradıcılığında vətənpərvərlik mövzusunda yazdığı "20 Yanvar", "Qarabağ", "Şəhid qardaş", "Səngərlər", "Yanan laylalar" digər əsərlərinin bu gün populyar olduğunu deyib.

 

Qeyd edilib ki, Elza İbrahimovanın istedadı orijinal yaradıcılıq üslubu haqqında Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Murad Kajlayev, Arif Məlikov kimi dünya şöhrətli sənətkarlar yüksək fikirlər söyləyiblər.

 

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə görkəmli bəstəkarın repertuarından sevilən mahnılar səsləndirilib.

 

XƏDİCƏ