“Poetika. İzm” jurnalının yeni
sayında
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun elmi əsərləri - “Poetika.İzm”
jurnalı çapdan çıxıb.
Jurnal
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin “Azərbaycan
ədəbiyyatı tarixinin
dövrləşdirilməsinin elmi təsnifatı” məqaləsi ilə açılır. Alim elmi-ədəbi
ictimaiyyətə Azərbaycan
ədəbiyyatı tarixinin
dövrləşdirilməsinin yeni konsepsiyasını təqdim edib. O, Azərbaycan ədəbiyyat
tarixinin dövrləşdirilməsinin
zərurətini milli dövlət müstəqilliyinin
nəticəsi hesab edir: “Azərbaycan ədəbiyyatı tarixi müstəqillik dövründə
yaranan, bəşəri
dəyərləri də
nəzərə almaqla
milli ədəbiyyatın
real inkişaf prosesinin
əsasında yazılan
akademik ədəbiyyat
tarixidir”.
Müəllif məqalədə ədəbi
dövrləşdirmə sahəsində
mühüm xidmətləri
olan alimlərin elmi-nəzəri təcrübəsini
ümumiləşdirib. XX əsrin
90-cı illərini Azərbaycan
ədəbiyyatı tarixinin
yenidən dövrləşdirilməsi
üçün konsepsiya
axtarışları dövrü
adlandırıb, XXI əsrin
əvvəllərində meydana
çıxan təşəbbüsləri
isə ədəbi
dövrləşdirmə sahəsində
konsepsiya axtarışlarının
inkişaf mərhələsi kimi qeyd edib. Akademik
elmi konsepsiyanın hazırlanmasını zəruri
edən amilləri göstərib, konseptual baxımdan dörd prinsipi: Azərbaycançılıq
məfkurəsi, sivilizasiya
amil, ədəbi-tarixi
prosesin reallıqları,
Azərbaycanda ədəbi
cərəyanları əsaslı
bilib.
Akademik məqalədə
10 bənddən ibarət
olan milli ədəbiyyat tarixinin mərhələlərinə izah
və şərh verib. Elmi konsepsiya Azərbaycan
ədəbiyyatı tarixi
oncildliyinin akademik nəşrləri üçün
vacib proqram, habelə, türk xalqları ədəbiyyatı
tarixinin dövrləşdirilməsi
problemlərinin həllində
normativ akt, elm və tədris məsələlərinin praktik
həllində yönləndirici
sənəddir.
Jurnalda 23 məqalə
verilib. Həmin məqalələr “İzm”
, “Janr, Struktur” “Tarixi poetika”, “Ədəbi təhlil, Mətn poetikası”, “Ədəbiyyatşünaslığın digər sahələri nəzəri aspektdə”,
“Ədəbi kontekst” və “Tərcümə” bölmələrində ehtiva
olunub.
“İzm” bölməsində
iki məqalə verilib. Professor Tahirə Məmməd “Realizmin tipoloji xüsusiyyətləri
və Azərbaycan ədəbiyyatında inkişaf
mərhələləri” məqaləsində
realizm ədəbi cərəyanının (müəllif
belə adlandırıb-Ə.Ə.)
təşəkkülü, tipoloji xüsusiyyətləri
və tanınmış
təmsilçilərini ümumiləşdirib.
Professor Əlizadə Əsgərli “Modernizm və postmodernizmə münasibət haqqında”
məqaləsində onların
milli ədəbiyyatdakı
təzahür xüsusiyyətləri
və süni effektlərindən danışıb.
“Janr, struktur,
forma” bölməsinə 4 məqalə
daxil edilib. Dosent Şahbaz Şamı oğlu (Musayev) “Mirzə Fətəli Axundzadənin məzmun və formanın vəhdəti konsepsiyası”
məqaləsində tezisləşdirilib
ki,
M.F.Axundzadə məzmun
və formanın elmi-nəzəri əsaslarını
işləməklə Azərbaycanda
məzmunla formanın
vəhdəti nəzəriyyəsinin
ilk yaradıcısı olub.
Dosent Könül Hacıyeva “Əkrəm Cəfərin
araşdırmalarında rübai
janrı” məqaləsində
rübai janrının
Ə.Cəfər yaradıcılığında
öyrənilməsi, dosent
Maral Yaqubova “Bədii mətnin intertekstual təhlilində
retrospeksiyanın rolu”
məqaləsində müəllif-əsər-oxucu
triadasında retrospeksiyanın
bədii-estetik funksiyası,
Səidə Sadıqova
“Əkrəm Cəfər
rübai vəzni və Füzuli rübailərinin vəzni
haqqında” məqaləsində
alimin Füzuli rübailərinin timsalında
Azərbaycan rübaisinin
vəzn xüsusiyyətləri,
filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızı
(İsayeva) “İntibah
dövrü və orta əsrlər ədəbi-nəzəri fikri”
məqaləsində orta
əsrlər ədəbi-nəzəri
fikrinin ritorika, qrammatika, poetikaya aid traktatları, habelə, poeziya, faciə, komediya və onların təmsilçiləri,
professor Leyla Gərayzadənin
“Qız qalası - Odlu qız - Odlar yurdu simvolik
paralelizmində Azərbaycan”
məqaləsində A.Zöhrabbəyovun
“Odlar yurdu” romanına din, tarix və folklor kontekstində yanaşma, Xanım Sultanovanın “XX yüzil Azərbaycan poeziyasında kosmoqonik miflərin təzahürü”
məqaləsində S.Vurğunun
“Ayın əfsanəsi”
əsəri əsasında
müxtəlif mifoloji
görüşlər, XX əsr
Azərbaycan poeziyasına
transformasiyasının nəzəri
məsələləri, filologiya
üzrə fəlsəfə
doktoru, dosent Nizami Muradoğlunun “Dədə Qorqud” şeiri və müasir poeziya” məqaləsində mənəvi-poetik
ruhun soykökə qayıdışı, tarix
və xalq ədəbiyyatına yaradıcı
münasibətin təzahürləri,
filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyevanın
“Fərhad və Şirin: invariant və yazılı ədəbiyyat”
məqaləsində Yunus
Əmrə yaradıcılığında
folklor yaddaşının
gücü və insan ruhunun təmizliyə
çağırışı ifadəsini tapıb.
Elmi jurnalın
“Ədəbi təhlil,
Mətn poetikası” bölməsində 5 məqalə
özünə yer alıb. Filologiya üzrə
fəlsəfə doktoru
Abuzər Bağırovun
“Moskvada yaşayan azərbaycanlı yazıçıların
əsərlərində tipoloji
xüsusiyyətlər haqqında”
məqaləsində Moskvada
yaşayan azərbaycanlı
yazıçıların nəsr
əsərlərinin tipoloji
xüsusiyyətləri, filologiya
üzrə fəlsəfə
doktoru Aynurə Mustafayevanın “Tarix bədii yaradıcılıq
müstəvisində” məqaləsində
tarixi həqiqət prinsipinin qorunması, Aysel Qurbanovanın “Hüseyn Cavid və Cəfər Cabbarlı əsərlərində
obraz və adların milli-genetik yaddaşa uyğunlaşdırılması”
məqaləsində “Od
gəlini” və “İblis” əsərləri
əsasında Azərbaycan
mədəniyyəti və
inanclarına yiyəlik,
Nərminə Hüseynovanın
“Cəfər Cabbarlı
dramaturgiyasında “artıq
adam” obrazı” məqaləsində “artıq
adam” obrazının C.Cabbbarlı dramaturgiyasındakı fərdi üslub əlamətləri,
Xəyalə Əliyevanın
“Anarın “Ağ qoç, qara qoç” romanında mistifikasiyanın təzahür
xüsusiyyətləri” məqaləsində
qeyri-real roman və məkan hüdudlarında
mistifikasiyadan yaradıcı
istifadədən bəhs
olunub.
“Ədəbiyyatşünaslığın
digər sahələri
nəzəri aspektdə”
bölməsində 2 məqalə
əksini tapıb. Filologiya
üzrə fəlsəfə
doktoru Aslan Salmansoy “Səməd Vurğun Azərbaycan mühacirət ədəbiyyatşünaslığı
və tənqidində”
məqaləsində mühacir
ziyalılar, filologiya üzrə fəlsəfə
doktoru, prof. Nizami Tağısoy “Elçinin “Baş” romanı və Azərbaycan ədəbi-nəzəri
tənqidi” məqaləsində
romanın sənətkarlığını
izləyib.
“Poetika. İzm” jurnalının “Ədəbi kontest” bölməsində Azərbaycan
və rus dillərində 2 məqalə
verilib. Günay Nadirova “Multikultural cəmiyyətin formalaşması,
inkişafı və ədəbiyyatda inikası”
məqaləsində multikulturalizmin
təkamül xüsusiyyətləri,
filologiya üzrə fəlsəfə doktoru Tələt Əliheydər
“Azərbaycan milli hərəkatı “Azərbaycanda
uzunmüddətli əsər”
(1813-1917)” məqaləsində tarixi-linqvistik tədqiqatın
təcrübəsi göstərilib.
“Tərcümələr” bölməsində Qəzənfər
Əliyevin “Nizami mövzu və süjetlərinin Şərq
xalqları ədəbiyyatında
yayılması tarixindən”
məqaləsinin filologiya
üzrə fəlsəfə
doktoru Təhminə Bədəlova tərəfindən
tərcüməsi verilib.
Leyla Rzayeva isə “Görkəmli jurnalist və redaktor Ülkər Hüseynova-80” məqaləsində Ülkər İbrahim qızı Hüseynovanı təbrik edib. Biz də Ülkər xanımı təbrik edir, ona möhkəm can sağlığı və işgüzar fəaliyyət arzulayırıq.
Əlizadə
ƏSGƏRLİ
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
direktor müavini, filologiya üzrə elmlər doktoru
525-ci qəzet.—2018.-24 fevral.-S.9.