Bilik Fondu
Xocalı faciəsi qurbanlarını yad etdi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin Sərəncamı ilə
“Xocalı soyqırımının
iyirmi altıncı ildönümünün keçirilməsinə
dair tədbirlər planı” təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu
istiqamətdə silsilə
tədbirlər həyata
keçirir.
Bilik Fondu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Universitetdə “Xocalı soyqırımı
haqqında həqiqətlər
hüquqi müstəvidə”
mövzusunda tədbir
keçirilib. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor
Mustafa Babanlı, Xocalı
faciəsinin baş vermə səbəbləri
barədə fikirlərini
bölüşüb, bu
soyqırımın Böyük
Ermənistan xülyasında
olan ermənilərin türk-müsəlman xalqlarına
qarşı nifrətinin
tərkib hissəsi olduğunu tarixi faktlarla əsaslandırıb.
Tədbirdə “Xocalı soyqırımı
hüquqi-siyasi müstəvidə”
mövzusunda çıxış
edən Bilik Fonunun aparat rəhbəri, professor İsaxan
Vəliyev Xocalı soyqırımının dünyaya
tanıtdırılmasının Azərbaycan dövlətinin
xarici siyasətinin prioritet istiqamətlərindən
biri olduğunu dinləyicilərə çatdırıb,
bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumunun
mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın “Xocalıya
ədalət!” kampaniyası
çərçivəsində gördüyü işlərdən
və əldə edilmiş nəticələrdən
söhbət açıb.
Həmin gün Azərbaycan Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris
Mərkəzində də
Xocalı faciəsi qurbanlarının anım
tədbiri keçirilib. Tədbirdə Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər
Klubunun üzvləri iştirak ediblər.
Zaqatala, Şirvan, Mingəçevir,
Şəki, Göyçay,
Qazax rayonlarından olan gənclər tədbirə onlayn formada qatılıblar.
Fondun İnformasiya
təminatı sektorunun
müdiri Xatirə Hüseynova ermənilərin
azərbaycanlılara qarşı
tarix boyu qətliam törətdiyini
xatırladaraq, Xocalı
soyqırımının insanlıq
tarixində qanlı səhifə olduğunu söyləyib. Xalqımızın yaxın tarixində
baş verən qanlı hadisələrin yalnız müəyyən
günlərdə deyil,
hər zaman xatırlanmasının və
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasının
zəruriliyini vurğulayıb.
Videokonfransda Azərbaycan
Respublikası Dövlət
Mükafatı Laureatı,
AMEA A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, dosent Güntəkin Nəcəfli
“Xocalı faciəsinə
aparan yol” mövzusunda mühazirə
deyib.
Növbəti tədbir Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad
Kollecində gerçəkləşib. 1918-ci il azərbaycanlıların
soyqırımının yüzüncü,
Xocalı soyqırımının
iyirmi altıncı ildönümünə həsr
olunmuş tədbiri Kollecin direktoru Oruc Məmmədov giriş sözü ilə açaraq, xalqımızın yaşadığı
tarixi faciələrin
siyasi səbəblərindən
söz açıb. Fondun Beynəlxalq layihələr
sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun soyqırımlarla bağlı hazırladığı
silsilə tədbirlər
barədə məlumat
verib. Daha sonra Binəqədi
rayon Ağsaqqallar Şurasının
sədri Akif Rəfiyev “Müasir Azərbaycan gəncliyi və soyqırım həqiqətləri” mövzusunda
mühazirə ilə
çıxış edib.
Həmin gün “Xocalı soyqırımı beynəlxalq
müstəvidə” mövzusunda
tədbir Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində baş
tutub. Tələbələrin əl işlərindən
ibarət sərgi ilə tanışlıqdan
sonra soyqırımı
əks etdirən videoçarx nümayiş
olunub. Tədbirdə
Fondun baş məsləhətçisi Almaz
Axundova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə
müdiri Nicat Məmmədli, həmin universitetin Tədris işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi,
professor Validə Məmmədova,
Beynəlxalq əlaqələr
və tərbiyə işləri üzrə prorektor professor Gülşən
Əliyeva çıxış
edərək, Azərbaycan
həqiqətlərinin, xüsusən
xalqın yaşadığı
soyqırım dəhşətlərinin
beynəlxalq aləmə
daha ətraflı şəkildə çatırılmasının
yolları barədə
maraqlı fikirlər səsləndirib, təkliflər
irəli sürüblər.
Şamaxı Regional Kollecində keçirilən tədbiri giriş sözü ilə Fondun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşova açıb. Yazıçılar Birliyinin üzvü, “Qırğın” kitabının müəllifi, “Akademikkitab” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Əliağa Cəfərov “Xocalı qırğını: səbəblər, nəticələr”, Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri qətliamlar” mövzularında mühazirələr söyləyiblər.
525-ci qəzet.-2018.-24 fevral.-S.7.