“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirildi

 

Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuşXocalı - XX əsrin soyqırımıadlı kitab sərgisinin açılışı Xocalı şahidləri danışıradlı kitabın təqdimat mərasimi keçirilib.

 

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığıXocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planıhaqqında sənədə uyğun olaraq bu günlərdə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir. Direktor deyib ki, “Azərbaycanqəzeti tərəfindən nəşr edilənXocalı şahidləri danışıradlı kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoruAzərbaycanqəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə qəzetin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Bilik Fondunun maliyyə dəstəyi ilə nəşr olunub, 2015-2017-ci illər ərzindəAzərbaycanqəzetində dərc olunan faciə şahidlərinin acı xatirələrindən ibarət materialların toplusudur məlum faciənin dünyada tanıdılması üçün mühüm mənbədir.

 

Mədəniyyət Turizm Nazirliyinin əməkdaşı Elbəy Əli, Milli Kitabxananın baş mütəxəssisi Gülbəniz Səfərəliyeva direktor müavini Ədibə İsmayılova da Xocalı soyqırımı, onun dəhşətli nəticələrinin dünyaya çatdırılması barədə fikirlərini bölüşüblər.

 

Şair Solmaz Elqızı Xocalı faciəsinə həsr etdiyi şeirini səsləndirib.

 

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuşXocalı - XX əsrin soyqırımı  adlı kitab sərgisi ilə tanış olublar. Xocalı həqiqətləri haqqında Azərbaycan xarici dillərdə kitablar, şəkillər, qəzet jurnal materialları nümayiş olunan böyük sərgi on gün ərzində davam edəcək.

 

Bundan əlavə, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq KitabxanadaXocalı soyqırımıadlı kitab sərgisi foto qalereya təşkil edilib.

 

Sərgidə Bakı şəhər 23 saylı orta məktəbin şagirdləri iştirak edib.  Açıq Kitabxananın əməkdaşları müəllim Qurbanova Pərvin tərəfindən şagirdlərə  Xocalı faciəsi haqqında məlumat verilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-24 fevral.-S.6.