Xocalı qurbanları Xoreoqrafiya
Akademiyasında anıldı
Bakı
Xoreoqrafiya Akademiyası
Təhsil Kompleksində
(BXA) Xocalı soyqırımının
26-cı il dönümünə həsr
olunmuş tədbir keçirilib.
Anım tədbiri dövlət himninin səslənməsi
və soyqırım qurbanlarının xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü
ilə açan akademiyanın rektoru,
professor Timuçin Əfəndiyev
Xocalı faciəsi haqqında danışaraq
erməni silahlı dəstələri tərəfindən
xalqımıza qarşı
törədilən bu
cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə
yetirildiyini, əsir götürülən insanların
isə dəhşətli
işgəncələrə, zülm və təhqirlərə məruz
qaldıqlarını bildirib.
“Xocalı qətliamı
Azərbaycan xalqına
qarşı Ermənistan-Azərbaycan
müharibəsi dövründə
vurulmuş ən ağır zərbədir”
- deyə, professor qeyd
edib.
Daha sonra akademiyanın tam orta məktəbinin şagirdləri,
orta ixtisas (kollec), bakalavr və magistr pillələrinin tələbələri
tərəfindən Xocalı
faciəsinə həsr
olunmuş şeirlər
səsləndirilib, “Ağla,
Şuşam, ağla”,
“Qərənfil” milli rəqsləri, “İki qəlbin dastanı” baleti ifa edilib.
Tədbirdə Xocalı qətliamının
ilk şahidi, jurnalistləri
bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Leonid Markoviç
Kraveçin iştirakı
ilə Ukraynada yaşayan azərbaycanlıların
birləşmiş diaspor
təşkilatının Xocalı
Faciəsindən bəhs
edən sənədli
filmi nümayiş olunub.
Sonda akademiya
tələbələrinin, Xocalı qətliamından
bəhs edən rəsm əsərlərinin
sərgisi keçirilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-24 fevral.-S.6.