Günay Əfəndiyeva Astanada bir sıra
görüşlər keçirdi
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada Beynəlxalq Türk Akademiyasının
prezidenti Darxan Kıdırali ilə görüşüb.
Azərbaycanın Qazaxıstandakı səfiri
Rəşad Məmmədovun
da iştirak etdiyi görüşdə
Günay Əfəndiyeva
Türk muzeyi və Türk Kitabxanasındakı qədim
türk kitabları ilə tanış
olub.
Beynəlxalq Türk Akademiyasının
prezidenti Darxan Kıdıralı gələcək
layihələr, o cümlədən
III “Böyük Çöl”
Humanitar Forumu, Azərbaycan Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi ilə bağlı tədbirə
hazırlıq, Monqolustanda
ekspedisiya, arxeoloji qazıntıların aparılması
haqqında ətraflı
məlumat verib. Bu layihələrdə Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu ilə əməkdaşlıq
etməkdə maraqlı
olduğunu bildirib.
D.Kıdırali Türk milli
mirasının siyahısının
hazırlanması, Türk
muzeylərinin təşkili
üzərində çalışdıqlarını
diqqətə çatdırıb.
Günay Əfəndiyeva Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, məqsədləri
barədə geniş
məlumat verib.
İki fondun əlaqələrinin
gücləndirilməsinin vacibliyini
qeyd edən Günay Əfəndiyeva Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı
qazax əlifbasının
yeni versiyasını təsdiqləyən fərmanının
əhəmiyyətini vurğulayıb.
Türkdilli ölkələri
birləşdirən beynəlxalq
təşkilatların birgə
əməkdaşlığının yüksək nəticələr
əldə edəcəyinə
əmin olduğunu bildirən Günay Əfəndiyeva bu il bir neçə kitabın işıq üzü görəcəyini də
deyib.
Günay Əfəndiyeva Astanada həmçinin Qazaxıstanın
Mədəniyyət və
İdman Nazirliyinin məsul katibi Kuatjan Ualiyevlə də görüşüb. Görüşdə
Günay Əfəndiyeva
Azərbaycan, Türkiyə,
Qazaxıstan və Qırğızıstanın üzv
olduğu Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi
irsinin və tarixinin öyrənilib qorunması istiqamətində
apardığı işlər
barədə danışıb.
Qazaxıstan ilə əlaqələrin
gücləndirilməsinin vacibliyini
qeyd edən Günay Əfəndiyeva Fondun məqsədləri və həyata keçiriləcək tədbirlər
barədə geniş
məlumat verib. Kuatjan Ualiyev
Fondun fəaliyyətini
bütövlükdə türk
dünyasının birliyi
naminə töhfə
kimi dəyərləndirib,
gələcək layihələrə
dəstək olacaqlarını
bildirib.
Görüş zamanı əməkdaşlığın
perspektivlərinə dair
fikir mübadiləsi aparılıb.
525-ci qəzet 2018.- 24 fevral .- S.9.