Gənc rəssamların işləri sərgiləndi
Fevralın 23-də "Ağ Şəhər"
qalereyasının açılış
mərasimi keçirilib. Mərasimdə həmçinin, gənc rəssamların əl işlərindən ibarət
"Nüans" adlı
sərgi də nümayiş olunub.
Tədbirdə ziyalılar, mədəniyyət
xadimləri, sənətsevərlər
və media nümayəndələri
iştirak ediblər.
Tədbirin təşkilatçısı İnarə Əliyeva, akademik, YUNESKO Rəssamlar Birliyinin üzvü Sakit Məmmədov, gənc rəssam Leyla Şirəli çıxış edərək
sərgi haqqında məlumat verib, bu cür sərgilərin
istedadlı gənclərin
tanıdılmasında, kəşfindəki
böyük əhəmiyyətindən
söz açıblar.
Bildirilib
ki, sərginin əsas məqsədi gənc rəssamların əl işlərinin, yaradıcılıq nümunələrinin
daha böyük auditoriyaya təqdimatıdır.
Sərgidə Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi, gənc vokalist İslama Abdullayeva caz üslubunda beş dildə
mahnılar ifa edib. Azərbaycan, ispan, italyan,
ingilis və fransız dillərində
dünya şöhrətli
mahnıları səsləndirən
gənc müğənnini
pianinoda Lalə Hüseynzadə müşayiət
edib.
İslama
Abdullayeva həm də sərgiyə özünün çəkdiyi
rəsmlə qatılıb:
"Mənim üçün
çox sevindirici və həyəcanverici haldır ki, bu gün həyatımda
ilk dəfə olaraq mənim çəkdiyim rəsmlərdən biri sərgilənir. Həmin rəsmdə mən
çox nadir musiqi alətlərindən olan paqoru çəkmişəm.
Həmin
musiqi aləti bizdə demək olar ki, tanınmır.
Ancaq mən onu burada
da tanıtmağa qərarlıyam. Çünki onun həddindən artıq gözəl səsi var. O, ifa olunanda sanki insan danışır".
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 27 fevral. - S.7.