"Muğam aləmi"nin proqramı açıqlandı

 

Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində Bakı Gəncə şəhərlərində Azərbaycan xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

 

Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş başqa ölkələrdən musiqiçi münsiflər heyəti dəvət olunub.

 

Azərbaycan Milli Elmlər Akademiyasında martın 7-dən 10-dək "Muğam ənənəsi elm incəsənət qovşağında" mövzusunda beynəlxalq simpozium təşkil olunacaq. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər.

 

Azərbaycan Milli Konservatoriyasında martın 10-dan 13-dək beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan, Polşa, Türkiyə, İran Tacikistan musiqi mədəniyyətinin tanınmış nümayəndələri iştirak edəcəklər. Müsabiqə instrumental vokal bölmələri üzrə aparılacaq. Eyni zamanda, konservatoriyada musiqi gecələrinin keçirilməsi nəzərdə tutulub. Konsertlərdə "Qarabağ" muğam qrupu "Qaytağı" instrumental ansamblı görkəmli sənətçi tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

 

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-şiraz", "Şüştər" və "Hümayun" muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

 

Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, "Cəngi" etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Koroğlu" operası, Qara Qarayevin "Yeddi gözəl" baleti, Müslüm Maqomayevin "Şah İsmayıl" operası, Dövlət Musiqili Teatrında "O olmasın, bu olsun" musiqili komediyası, Marionet teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında "Leyli və Məcnun" marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq.

 

Gəncə şəhərində martın 8-dən 13-dək Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.

 

Festivalın təntənəli bağlanış mərasimi isə martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq. Gecədə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və muğam müsabiqəsinin qalibləri çıxış edəcəklər.

 

 

525-ci qəzet 2018.- 27 fevral. - S.7.