26 illik dəhşətin
vəhşət doğuran 26 faktı
Özümüzü tanıdığımız andan
Xocalı faciəsi barədə məlumatlandırılmış,
Xocalı faktlarını
bilərək yaşamışıq. Ermənilərin əsir götürdüyü
bir insanın yaddaşından silinməyən
o tükürpədici hadisələri
oxumaq, dinləmək və göz yaşlarına hakim olmamaq
mümkünsüzdür. Oxuduqca, işgəncələrin hər
anını öz bədənimizdə, öz
ruhumuzda hiss edirik.
Bu faktları toplayarkən
20-22 yaşlı gənclər,
müstəqil Azərbaycanın
bu qanlı keçmişini göz yaşları içində
oxuyan tələbələr
olaraq anladıq ki, izləmək yetmir, yaşamaq gərəkdir. ONLAR UNUTMADILAR. BİZ DƏ
UNUTMAYACAĞIQ! UNUTDURMAYACAĞIQ!
Dünya
Xocalı faciəsini soyqırım kimi tanıyana qədər sərhədlərimizdən kənarda
yaşayan hər kəsin diqqətinə bu dəhşətləri
dəfələrlə çatdıracaq,
haqqımızın bərpası
uğurunda savaşacaq,
günahsız qurbanların
qisasının qiyamətə
qalmasına imkan verməyəcəyik!
1. Girov götürülərkən
3 yaşı olan Xocalı sakini Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyünü
Xankəndində erməni
"həkimlər" çıxarıb,
nəticədə Şövqi
ömürlük şikəst
qalıb.
2. Ermənilər 15 yaşlı
girov Nəzakət Məmmədovanın gözləri
qarşısında atasına
dəhşətli işgəncələr
verib, onun qulaqlarını kəsiblər,
anası hədə və şantajlara dözməyərək ağlını
itirib, qızın özünü isə 4 milyon rus rubluna
ailəsinə satıblar.
3. Erməni nəzarətçiləri
Ağdam rayonundan girov götürülmüş
Kəklik Həsənovaya
dəhşətli işgəncələr
verib, kəlbətinlə
onun 16 dişini çıxarıblar.
4. 1930-cu il təvəllüdlü
Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülüb, onun bədəninə siqaret basılaraq yandırılıb.
Aldığı mənəvi və
fiziki işgəncələrdən
özünə gələ
bilməyən Əli
Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat edib.
5. Erməni hərbçiləri
Füzuli rayonundan girov götürdükləri
Mürvət Fətiş
oğlu Ağayevi döyərək qulağını
kəsib, əllərini
məftillə arxadan bağlayaraq, ağacdan asıb və ayaqlarının altında
ocaq qalayaraq yandırıblar.
6. Hərbi əsirlər - Novruz Məhəmməd oğlu Daşdəmirov və Namiq Cavanşir
oğlu Qarayev mütəmadi döyülmə,
bədənlərinə qızdırılmış
əşyalarla dağ
basılma və başlarına mismar çalınması nəticəsində
ruhi xəstə həddinə çatdırılıblar.
7. Hərbi əsir Mürşüdov Sədrəddin
Aslan oğlu döyüldükdən sonra
şüşə qırıqlarını
udmağa məcbur edilib.
8. Yaralı vəziyyətdə
əsir götürülmüş
Əbdüləzim Məcnun
oğlu Məmmədov
rezin dəyənəklə
döyülüb, damarına
benzin yeridilib, yaralarının qaysağı
qopardılaraq ona əzab verilib, üzərinə təlim
keçmiş it buraxılıb.
9. Mayıl Məhəmmədəli
oğlu Məmmədovun
damarına dizel yanacağı yeridilib, sinəsi qızdırılmış
xaçla damğalanıb.
10. Vəhşicəsinə döyülmə
nəticəsində hərbi
əsir Cavid Ağa oğlu Hüseynovun çənəsi
və qabırğaları
sınıb. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basıblar və yarasının üzərinə
kimyəvi turşu tökülüb.
11. 20 yaşında 8 gün erməni əsirliyində
olan Xocalı sakini Dürdanə Ağayevanı dubinka, təpik, taxta qırığı ilə
döyüb, təcavüzə
məruz qoyub, daha sonra öldüyünü
zənn edərək zibilliyə atıblar. Huşunu itirmiş Dürdanə özünə gəldikdə
yaxınlıqda olan erməni onun səsini eşidib, ölmədiyini anladıqda
isə yenidən gətirib kameraya atıblar.
12. Hamilə vəziyyətdə
girov götürülən
Gülcamal Quliyevanın
əsirlikdə yenicə
dünyaya gəlmiş
oğlu Arzu Hacıyevə erməni
"həkimi" Aida Serobyan
naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev
ömürlük şikəst
olaraq, 2003-cü ildə
vəfat edib.
14. Anası Afət
Mirzəyevanı və
babası Aslan Mirzəyevi ermənilər
vəhşicəsinə güllələyərkən
Babək İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr
Babəkin sağ gözünü yaralayıb,
lakin buna baxmayaraq, ermənilər onu da Kəlbəcər
rayonundan girov götürülmüş digər
həmkəndliləri ilə
birlikdə yalnız dörd aydan sonra və həm
də müalicə etmədən qaytarıblar.
Hazırda Babəkin bir
gözü kordur.
15. Zəminə Göyüş
qızı Dadaşova
ermənilər tərəfindən
girov götürülərkən
qolundan aldığı
güllə yarası
baxımsızlıq üzündən
irinləyib və onun bədənində çürümə prosesi
gedib. Hazırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman
isə ermənilər
onun atası Göyüş Dadaşovu
və yaşlı nənəsi Qönçə
İbadovanı yerindəcə
güllələyiblər.
16. Ağdam rayonunun işğalı zamanı
ermənilər tərəfindən
girov götürülən
yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın
8 qızıl dişi
mismar kəlbətini ilə çəkilib. O, altı ay davamlı işgəncələrə məruz
qalıb.
17. Qubadlı rayonunun işğalı zamanı
65 yaşlı Biniş
Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova
girov götürülüb
Xankəndi hərbi hissəsində saxlanıblar.
Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr
isə xüsusi amansızlıqla döyürmüşlər.
Onlarla birlikdə saxlanılan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək,
girovluqda ölüblər.
18. Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz
işgəncələrə məruz qalmış
Vladimir İvanoviç Şevelyov
1994-cü ildə Ağdam
rayonunun işğalı
zamanı 89 yaşlı
anası Vera Davıdovnanın
və ahıl bacısı Svetlana İvanovnanın,
eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər
tərəfindən vəhşicəsinə
öldürülüb yandırıldığını,
Ağdam kanalının
yanında saysız-hesabsız
qadın və uşaq meyiti gördüyünü bildirir.
Bundan əlavə,
Vladimir Şevelyov şahidlik
edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanılan 7 ruhi xəstəni, o cümlədən,
iki xəstə qadını girov götürüblər. Onların biri
azad edilmiş, biri döyülə-döyülə
öldürülmüş, digərlərinin sonrakı
taleyindən isə bu günədək məlumat yoxdur.
19. Nübar Kərim qızı Zeynalova Şuşa rayonunun
işğalı zamanı
oğlu Niyaz Balay oğlu Zeynalovun gözləri qarşısında ermənilər
tərəfindən öz
evində diri-diri yandırılıb.
20. Şahmurad Hüseynalı
oğlu Hüseynov Xocavənd rayonunun Qaradağlı kəndi işğal edilərkən
ermənilər Rafiq Ələstan oğlu Quliyevin və digər kənd sakinlərinin gözləri
qarşısında üstündən
"KAMAZ" markalı yük
maşını ilə
keçərək onu
qətlə yetiriblər.
21. Cəlil Hümbətəli
oğlu Hümbətov
Xocalı soyqırımı
zamanı ailəsi ilə birlikdə girov götürülmüş,
gözləri qarşısında
ermənilər oğlu
Muğanı, gəlini
Südabəni, qızı
Simuzəri və həyat yoldaşı Firuzəni qətlə yetirmiş, elə Cəlil kişinin özünə onları dəfn etdirmişlər. Erməni girovluğunda olduğu 48 gün ərzində mütəmadi
işgəncələrə məruz qalmışdır:
armaturla və avtomatın qundağı ilə döyülmüş,
qolları mismarla deşik-deşik edilmişdir.
22. Məmiş Nəsib
oğlu Abdullayev
1990-cı ildə Əsgəran
rayonunda girov götürülüb, Xankəndində
saxlandığı müddətdə
ağır işgəncələrə
məruz qalıb, üstünə buraxılan
təlim görmüş
itlər bədənini
didik-didik ediliblər.
23. Aydın Mehdi
oğlu Abbasov 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndi işğal edilərkən ermənilər
tərəfindən girov
götürülüb. Xankəndində saxlandığı müddətdə
adi kəlbətinlə
bütün dişləri
çıxarılıb. İfadəsinə əsasən, erməni
nəzarətçiləri onun ayaq barmaqlarının
arasına qaynar dəmir qoyub barmaqlarını sıxıb
və bu vəziyyətdə saxlamaqla
ona işgəncə veriblər. Ermənilər onu və üzünü tük basmış digər əsir və girovları bir-birinin saqqalını əllə
yolmağa məcbur ediblər.
24. Məmməd Cümşüd oğlu Məmmədov Xocalı şəhərinin işğalı zamanı girov götürülüb, erməni hərbçiləri tərəfindən vəhşicəsinə döyülüb, işgəncələrə məruz qalıb. Döyülmələr nəticəsində müxtəlif zədələr alıb, iki qabırğası sındırılıb.
25. Bahadur Mikayıl oğlu Səlimov Xocalının işğalı zamanı girov götürülərək diri-diri yandırılıb.
26. Əli Əbdül oğlu Abişov Xocalı şəhəri işğal edilərkən girov götürülüb. Girov saxlanıldığı müddətdə işgəncə ilə öldürülüb.
Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilib.
25 uşaq hər iki valideynini itirib.
130 uşaq valideynlərindən birini itirib.
487 nəfər yaralanıb, onlardan 76 nəfəri uşaqlardır;
1275 nəfər əsir götürülüb.
150 nəfər itkin düşüb.
P.S. Faktlar Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" və Aygün Həsənoğlunun "Erməni sindromu" kitablarından, müxtəlif saytlardan götürülüb.
Ləman Quliyeva
Şəms BalabƏyova
Ülkər Nuri
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri
525-ci qəzet 2018.- 27 fevral. - S.6.