"Çölçü"nün növbəti uğuru
Rejissor Şamil Əliyevin "Çölçü" filmi
6-cı "Virgin Spring Cinefest" beynəlxalq festivalında
fevral ayının
"Ən yaxşı
bədii film" mükafatına
layiq görülüb.
AZƏRTAC xəbər verir ki, ekran
işi "Golden Galaxy Award" mükafatının nominantı
statusunu qazanıb.
Mükafatın təqdimetmə mərasimi
2018-ci ilin oktyabr ayında Hindistanın
Kolkata şəhərindəki Rotary Sadan mərkəzində keçiriləcək.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilmiş "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.
525-ci qəzet.-2018.-28 fevral.-S.7.