Mikayıl Müşfiqin 110 illiyi
Kürdəmirdə qeyd edildi
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
Aran regional filialında
Kürdəmir rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi (MSK) ilə birgə görkəmli şair Mikayıl Müşfiqin
110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Prezident
İlham Əliyevin
"Mikayıl Müşfiqin
110 illiyinin qeyd edilməsi haqqında"
2018-ci il 17 may tarixli Sərəncamına əsasən
keçirilən tədbirdə
Kürdəmir rayon MKS-nin
müdir əvəzi İradə Mahmudova XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, repressiya
qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından
danışıb.
Sonra Mərkəzi
kitabxananın Uşaq
şöbəsinin müdiri
Xatirə Soltanova çıxış edərək
Sərəncamın əhəmiyyətini
vurğulayıb, sənədə
əsasən ölkəmizin
hər yerində böyük şairə həsr olunan silsilə tədbirlərin
keçirildiyini bildirib.
Şairin yaradıcılığına dair
məruzə edən X.Soltanova qeyd edib ki, Mikayıl
Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə
bəhrələnməklə dərin lirizmə malik və doğma
dilin bütün gözəlliklərini özündə
ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın
çoxəsrlik bədii
fikir xəzinəsini daha da zənginləşdirib.
Müşfiqin adı 1930-cu illər
totalitarizminin qurbanına
çevrilmiş məsum
insanların xatirəsinin
rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
Daha sonra Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin Aran regional
filialının müdiri, filologiya
üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək
görkəmli poeziya ustasının ədəbiyyatımızda
tutduğu mövqedən,
lirikasının səciyyəvi cəhətlərindən
söhbət açıb. O, ölməz və həmişəcavan
Müşfiqin daim
ürəklərdə yaşayacağını, onun yaratdığı solmaz
sənət incilərinin yaddaşlara əbədi
həkk olunduğunu söyləyib.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Tədbirdə poeziya həvəskarları
şairin şeirlərindən parçalar səsləndirib, incəsənət
nümayəndələri M.Müşfiqin
şeirlərinə bəstələnmiş musiqilər ifa ediblər.
525-ci qəzet.-2018.- 3 iyul.- S.7.