Opera və Balet
Teatrının yaradıcı kollektivi
Şəkidə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
yaradıcı kollektivi
Şəkidə qastrol
səfərində olub.
Yaradıcı heyət "İpək yolu" IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəylinin
"Əsli və Kərəm" operası
ilə çıxış
edib.
Uğurla təqdim edilən səhnə əsəri Şəkidəki Yuxarı
Karvansaray abidə kompleksində açıq
havada izlənilib.
Əməkdar İncəsənət Xadimi
Sevil Hacıyevanın
idarə etdiyi səhnə əsərinin
quruluşçu rejissoru
Əməkdar İncəsənət
Xadimi Hafiz Quliyev, xormeysteri Sevzixan Serderovdur.
Operada rolları teatrın gənc solistləri - Əməkdar artist Elnur Zeynalov (Kərəm), televiziya muğam müsabiqəsinin laureatı
Rəvanə Əmiraslanlı
(Əsli), Taleh Yahyayev (Qara Keşiş), Nurlan Namazov (Şah), habelə Əməkdar
artist İsmayıl Ələkbərov,
solistlərdən Mütəllim
Dəmirov, Nəzər
Bəylərov ifa ediblər. Xanəndələri tarda Əməkdar
artist Elxan Mansurov müşayiət edib.
Tamaşadan sonra festivalın bədii rəhbəri, Xalq artisti Firəngiz
Əlizadə və Şəki Şəhər
İcra Hakimiyyətinin
başçısı Elxan
Usubov teatrın rəhbərliyinə və
kollektivə yüksək
səviyyəli çıxışlarına
görə təşəkkür
ediblər.
ŞAHANƏ
525-ci qəzet.-2018.- 4 iyul.- S.7.