"Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi"

BƏRDƏDƏ REGİONAL SEMİNAR-TRENİNQİN AÇILIŞI OLUB

 

İyulun 3-də Bərdə Rayon Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin əmrinə əsasən, "Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi" mövzusunda regional seminar-treninqin açılışı keçirilib.

Mədəniyyət Nazirliyi, Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq İxtisasartırma Mərkəzi Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşən treninqin əsas məqsədi kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması kitabxanalarda yeni texnologiyaların tətbiqidir.

Tədbiri giriş sözü ilə açan Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev belə tədbirlərin regionlarda keçirilməsinin böyük əhəmiyyət daşıdığını, yerlərdəki mədəniyyət ocaqlarının, xüsusilə, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsində vacib rol oynayacağını söyləyib. O, idarənin bütün kollektivi adından belə bir tədbirin Bərdədə keçirilməsi barədə əmr verdiyinə görə nazir Əbülfəs Qarayevə bu tədbirin reallaşdırılmasında fəal iştirak edən müəssisələrin rəhbərliklərinə təşəkkürünü bildirib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov bu tədbirin Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının, təşkilatların, idarə müəssisə rəhbərlərinin yerlərdəki müəssisə işçiləri, vətəndaşlarla, eləcə nazir Ə.Qarayevin mədəniyyət ocaqlarının rəhbərlərinin yaradıcı şəxslərlə yerlərdə görüşlər keçirilməsinin vacibliyi barədə çağırışlarına əsasən keçirildiyini bildirib. K.Tahirov orada daha bir vacib tədbirin - Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq İxtisasartırma Mərkəzi ilə birlikdə "Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi" mövzusunda regional seminar-treninqin keçirildiyini vurğulayıb. O, bu treninqin İxtisasartırma Mərkəzi ilə Milli Kitabxana arasında imzalanan müqaviləyə əsasən hər il yerlərdə region kitabxana işçiləri üçün təşkil edildiyini bildirib. Qeyd edib ki, təcrübəli müəllimlərin mövzu ilə bağlı mühazirələri dinləniləcək təcrübi məşğələlər aparılacaq, habelə Milli Kitabxananın son 5 ildə nəşr etdirdiyi çoxlu sayda biblioqrafik metodik vəsaitlərinin təqdimatı keçiriləcək onlar kitabxana işçilərinə paylanılacaq.

 

Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Ramazan Şabanov tədbirin innovasiyaların kitabxanaların təcrübəsinə tətbiqinə dair faydalı mövzular üzrə mühazirə məsləhətlərin verilməsi baxımından təcrübəli müəllimlərin iştirakı ilə keçirilməsinin vacib əhəmiyyət kəsb etdiyini, gələcəkdə bu işin davam etdiriləcəyini söyləyib.

Belə bir vacib tədbirə dəvət olunmalarından məmnunluğunu bildirən AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid özünün, eləcə də həmkarları Pərvin, Fərid HüseynCavid Zeynallının əsərlərini təbliğ edən, oxucularla aralarında körpü yaradan kitabxanaçılar qarşısında çıxış etməyin xüsusilə sevindirici olduğunu söyləyib. Sonra qonaqlar şeirlərini oxuyub, kitablarını təqdim ediblər.

Tədbirin sonunda iştirakçılar Milli Kitabxananın son beş il ərzində nəşr etdirdiyi 40-dan artıq biblioqrafikmetodik materialların, "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırlanaraq çap olunmuş Ulu Öndər Heydər Əliyevə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya, akademik Ramiz Mehdiyevə, eləcə də Əziz Əliyev, Molla Pənah Vaqif, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Bülbül, Xəlil Rza Ulutürk, Qəzənfər Paşayevbaşqa şəxsiyyətlərə həsr edilmiş fundamental biblioqrafiyalardan ibarət sərgi ilə tanış olublar.

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 4 iyul.- S.3.