"Azərxalça"nın
məhsulları nüfuzlu "Carpet XL" jurnalında
"Azərxalça"
Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan
xalçalarının dünyada satışının təşkil
olunması məqsədilə mühüm tədbirlər həyata
keçirir.
Belə
ki, beynəlxalq xalça bazarı araşdırılır, bu
sahə üzrə fəaliyyət göstərən
şirkətlərlə əlaqələr
yaradılır, "Azərxalça"nın məhsulları
ənənəvi satış-sərgilərə
çıxarılır, xalçalarımız
haqqında nüfuzlu nəşrlərdə yazılar
dərc etdirilir, onların reklamı təşkil olunur.
Bu tədbirlərin davamı
kimi, dünyanın nüfuzlu xalça jurnallarından biri olan "Carpet XL"də
"Azərxalça"nın
məhsullarının reklamına
başlanılıb.
Jurnalın 2018-ci ildə nəşr
edilmiş nömrələrində
"Azərxalça"nın
reklamına geniş yer verilib. Nəşrdə
"Azərxalça"nın
istehsalı olan məhsulların fotoşəkilləri
ilə yanaşı, cəmiyyət haqqında məlumatlar da yerləşdirilib. Bu jurnalın oxucusu olan hər kəs
əlaqə vasitələrindən
istifadə edərək
Cəmiyyətin məhsullarını
əldə edə bilər.
Almaniyadakı "SN Verlag" Nəşr Evi tərəfindən ingilis və alman dillərində dərc olunan jurnal ildə 4 dəfə çıxır. Hamburqda işıq
üzü görən
jurnalın əsas oxucuları Amerika Birləşmiş Ştatları
və Avropa ölkələrindəndir.
"Azərxalça" "Carpet XL" ilə əməkdaşlığı bu ilin əvvəlindən başlayıb. Daha çox biznes sektorunda yayılan bu jurnalda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır. Çünki nömrələrində klassik xovlu və xovsuz xalçalara, modern xalçalara geniş yer verən bu jurnalın əsas oxucuları xalçaçılıq üzrə aparıcı şirkətlərin rəhbərləri, pərakəndə satış sektorunun nümayəndələri, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən xalça satışı mərkəzlərinin, mağazalarının təmsilçiləridir. Bu baxımdan belə bir jurnalda reklamın yerləşdirilməsi dünyada Azərbaycan xalçalarına olan marağı artıracaq, "Azərxalça"nın məhsullarına daha çox alıcı cəlb olunmasına stimul verəcəkdir.
ŞAHANƏ
525-ci qəzet.-2018.- 5 iyul.- S.7.