Musiqili Teatr 108-ci mövsümün ən yaxşılarını mükafatlandırdı

 

Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi hər il olduğu kimi, bu il də bir sıra əməkdaşlarını təltif edib.

Əməkdar artist Pərviz Məmmədrzayev - "Ən yaxşı kişi roluna görə", Gülnarə Abdullayeva - "Ən yaxşı qadın roluna görə", Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə - "Mövsümün ən yaxşı rejissor işinə görə", Elnarə Nağdəliyeva - "Mövsümün sevilən aktrisası", Nicat Əli (Həbibov) - "Mövsümün sevilən aktyoru", Gülnarə Əzizova - "Mövsümün məhsuldar aktyoru", Nərgiz Kərimova - "Bərpa tamaşasında uğurlu roluna görə", Roman Krasnov - "Mövsümün ən yaxşı balet artisti", Təranə Əliyeva - "Mövsümün ən yaxşı xor artisti", Yusif Hüseynov - "Mövsümün ən yaxşı musiqiçisi", Fəridə Aslanova - "Mövsümün ən işgüzar əməkdaşı", Hüseyn Nağıyev - "Mövsümün ən yaxşı uşaq roluna görə", Tamilla Sadıqova - "Teatrın dostu", Kəmalə Novruzova - "Mövsümün ən yaxşı texniki işçisi" nominasiyaları üzrə mükafatlandırılıb. Həmçinin, Əsgər Əsgərovun quruluşunda özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" komediyası - "Mövsümün ən yaxşı tamaşası" seçilib.

Xalq artisti Fatma Mahmudova Əməkdar artist Almaz Ələsgərova Xalq artisti Hüseynağa Sadıqov adına "Büllur alma" mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər mükafatlar təqdim olunub.

Bu təqdirəlayiq ənənənin əsası 3 il öncə - 105-ci teatr mövsümünün yekununda qoyulub. Mükafatın təsisçiləri Musiqili Teatrqurumun Həmkarlar İttifaqıdır.

 

ŞAHANƏ

525-ci qəzet.-2018.- 5 iyul.- S.7.