UNESCO-nun Ümumdünya
İrs Komitəsinin 43-cü sessiyası
keçiriləcək
2019-cu ildə Azərbaycan
UNESCO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasına
ev sahibliyi edəcək.Azərtac xəbər
verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin
birgə məlumatında
yer alıb.Hazırda Bəhreyn Krallığının
Manama şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası
keçirilir. İclasda Azərbaycan
Respublikasının mədəniyyət naziri
Əbülfəs Qarayevin rəhbərliyi
altında Xarici İşlər və Mədəniyyət
nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə
heyəti iştirak edir.İclas
çərçivəsində UNESCO-nun Ümumdünya mədəni və təbii
irsin qorunması haqqında
Konvensiyasına aid məsələlər
müzakirə olunub, eyni
zamanda müxtəlif ölkələrin maddi irs nümunələri
Ümumdünya İrs
Siyahısına daxil edilib.İclasda
növbəti il üçün
Komitənin sədri və 43-cü sessiyaya
ev sahibliyi edəcək
ölkə ilə bağlı müzakirələr
aparılıb.Yekun qərara əsasən mədəniyyət
naziri Əbülfəs Qarayev
Komitəyə sədr seçilib. Beləliklə,
2019-cu ildə UNESCO-nun Ümumdünya
İrs Komitəsinin 43-cü sessiyasına
Azərbaycan ev sahibliyi
edəcək. Tədbirdə dünyanın 180-dən
çox ölkəsindən 2 minədək
nümayəndənin iştirakı gözlənilir.Ümumdünya
İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən
ən nüfuzlu tədbirlərdən biridir. Ümumdünya İrs Komitəsi dünya
xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs
nümunələrinə, ən dəyərli abidələrə
dair qərarlar qəbul edir.
Bu tədbirə
ev sahibliyi etmək və
eyni zamanda Komitəyə
sədrlik etməklə Azərbaycan dünya
xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.Ölkəmiz
üçün mühüm
əhəmiyyət kəsb edən belə bir
qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu
xarici siyasət, Birinci
vitse-prezident, UNESCO-nun
xoşməramlı səfiri Mehriban
Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət
nazirliklərinin birgə fəaliyyəti nəticəsində
ölkəmizin UNESCO ilə tərəfdaşlıq
münasibətlərinin yüksək səviyyədə
inkişaf etdiyini
göstərir.
525-ci qəzet 2018.- 5 iyul.- S.7.