“Azərbaycan davası”nın salnaməsi

 

Hərdən eşidirəm, deyirlər ki, müstəqillik Azərbaycana qızıl sinidə hazır gəldi, sovet imperiyası dağıldı, oradakı bütün xalqlara milli azadlıq bəxş olundu. Bu, əlbəttə, belə deyil.

Əvvəla, “oradakı bütün xalqlaryox, SSRİ yaranana qədər öz milli dövlətləri olmuş xalqlar müstəqillik əldə edə bildilər. Qalanları isə hələ İkibaşlı qartal”ın caynağındadırlar. Bu gün biz bağlamsız Azərbaycan Respublikasının vətəndaşları olduğumuza görə ilk növbədə başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Bani Atalara - 1918-1920-ci illərdəki Cümhuriyyət qurucularına minnətdar olmalıyıq minnətdarıq. Cümhuriyyət bugünkü bağlamsızlığımızın bünövrə daşıdır, lakin bünövrədən sonra yarımçıq qalmış çox binalar görmüşük. Şükür ki, bizim binamız yarımçıq qalmadı, qeyrətli oğlan qızlarımızın milli azadlıq mücadiləsi bir gün, hətta bir saat da olsun, səngimədi. 1920-ci il aprelin 27-nə keçən gecə Yalama stansiyasında 72 minlik rus ordusuna qarşı vuruşmuş 350 əsgərimizin şücaəti indi qəlbimizdə qürur hissi doğurur.

Qırmızı imperiyanın tərkibində olduğumuz 70 ilin, demək olar, hər biri qətliamlarla, repressiyalarla yadda qalıb. 27 aprel işğalı ilə 1990-cı il yanvarın 20-dək olan müddət arasında minlərlə hərbçimiz, ziyalımız, böyüklü-kiçikli adi vətəndaşımız qətlə yetirilib, sürgün olunub, itkin düşüb. Ərazimizin yarıdan çoxu itirilib, qaçqınlarımızın, köçkünlərimizin sayı yeddirəqəmli ədədlə ifadə olunur. Çox əzab-əziyyətlərlə üzləşdik, amma şükür ki, sınmadıq, əyilmədik, milli qürurumuzu saxlaya bildik. O 70 ilin hamısı ilk baxışda görünməyən daxili mücadilə illəri olub. Gizli təşkilatlar, dərnəklər fəaliyyət göstərib, kitablar, qəzetlər, intibahnamələr nəşr olunub. Bir sözlə, dəryanın üstü hamar görünsə , altında burulğanlar baş verib.

27-28 aprel işğalından sonra mühacirət ömrü yaşayan soydaşlarımız mübarizələrini qərib ölkələrdə davam etdirmiş, müxtəlif qəzet jurnallardan (“Prometey”, “Dərgi s.), radiostansiyaların (“Amerikanın səsi”, “Azadlıq s.) xidmətlərindən bəhrələnərək sovet rejiminin üzünü açmağa, milli azadlıq mücadiləsinin yollarını göstərməyə çalışırdılar. Türkiyədə Almaniyada Müsavat Partiyasının Xarici Əlaqələr Bürosu, Azərbaycan Milli Mərkəzi, Azərbaycan Kültür Dərnəyi kimi qurumlar fəaliyyət göstərirdi.

1953-cü ildə İ.Stalin öləndən sonra SSRİ məkanında, o cümlədən, Azərbaycanda əvvəlki illərlə müqayisədə nisbətən ilıq ab-hava yarandı, milli özünüdərk duyğuları üzə çıxmağa başladı, milli dilin, milli-mənəvi dəyərlərin qorunması inkişaf etdirilməsi uğrunda mübarizə qismən leqallaşdı hətta yuxarı hakimiyyət dairələrinə yol tapa bildi: 1954-cü ildə akademik Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), akademik İmam Mustafayev isə Azərbaycan KP MK-nın I katibi (1954-1959) seçildilər. Əqidəcə bir-birilərinə yaxın olan bu iki görkəmli şəxsiyyətin çalışmaları nəticəsində Azərbaycan dili dövlət dili elan olundu bu addıma görə vəzifələrindən azad edildilər.

60-cı illərdə daha bir vətənpərvər Şəxsiyyət - alim, şair, dramaturq, ictimai-siyasi xadim Şıxəli Qurbanov yüksək pillələrdən birinə yiyələnə bilmişdi: Azərbaycan KP MK-nın katibi idi. 1967-ci ildə Novruz bayramının dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilməsinə nail olmuşdu, lakin çox çəkmədi ki, dişinin dibinə vurulmuş sianid turşusu ilə qətlə yetirildi. Hətta özününSənsizpyesinin siftə tamaşasını da görə bilmədi.

Sovet dönəminin bütün onilliklərində SSRİ-, o sıradan Azərbaycanda da çoxsaylı dissidentlər (hakim ideologiya ilə barışmayan, müstəqil fikirli insanlar) olub. Onlar daim təqib olunur, müxtəlif bəhanələrlə həbs edilirdilər. Çingiz Abdullayev, Cahid Hilaloğlu, Nadir Ağayev, Sabir Azəri, Sabir Yanardağ, Safruh Atalı daha kimlər, kimlər...

60-cı illərdə bu təkbaşına mübarizlər gizli fəaliyyət göstərən siyasi qruplarda birləşməyə başladılar. 1962-ci ildə Oqtay Rəfilinin sədrlik etdiyi Milli Azadlıq Qərargahı, 1964-cü ildə Rafiq Turabxanoğlunun rəhbərlik etdiyi Ümumazərbaycan Zəhmətkeş Fəhlə-Kəndli Partiyası (indiki Azərbaycan Xalq Demokrat Partiyası) yaradılır.

Milli azadlıq hərəkatının sıralarında söz adamlarının, xüsusən el şairlərinin iştirakı da çox önəmli olub.

Əyalətdə yaşayan, tez-tez el məclislərində olan belə sənətkarların diktatura rejimi əleyhinə yazılmış duzlu-məzəli şeirləri, qoşduqları əhvalatlar qısa müddətdə ağızdan-ağıza keçərək oymaq-oymaq yayılır, dillər əzbəri olurdu. Belə şeirlərdən bir neçə bəndə diqqət yetirək:

 

... Başımızda motal papaq,

Əlimizdə zorba çomaq,

şalvarda qara yamaq

Kommunizmə gedirik biz.

 

(Seyid Bəndə (Seyid Pənah). Tovuz rayonu, Qaraxanlı kəndi).

 

... Qoca Azaflıyam, dilim var, lalam,

Təbrizdə qardaşım, Sibirdə balam.

Elə dərd varmı ki, çəkməmiş olam,

Bax onlar ağartdı başımı mənim.

 

(Mikayıl Azaflı. Tovuz rayonu).

 

... Araz keçir aramızdan,

Qanlar axır yaramızdan,

Dahiləri sıramızdan

Silə-silə əl çalırıq.

 

(İdris Alakollu. Tovuz rayonu).

 

... Deyirlər ki, yuxarı get,

Bu əclafdan şikayət et,

Ordakı it, burdakı it,

Alabaşa deyəsən?!

 

(Məhəmməd Kəmsavad. Gəncə şəhəri).

 

Bax belə. Müstəqillik bizə qızıl sinidə verilməyib. Onun əldə olunmasında, demək olar, bütün təbəqələrin əməyi var. Bəs görəsən, bu şəxsiyyətlərin şəxslərin kimliyini, gördükləri işlərin təsvirini, yazdıqları əsərlərdən nümunələri fundamental bir nəşrdə toplayıb müasir oxuculara təqdim etmək olarmı? Olar bu artıq görülüb. Söhbət tarix elmləri doktoru, tanınmış tədqiqatçı jurnalist, 20-dən çox dəyərli monoqrafiya, dərslik dərs vəsaitinin, çoxsaylı elmi məqalənin müəllifi Nəsiman Yaqublunun yenicə işıq üzü görmüşAzərbaycan milli azadlıq hərəkatı ensiklopediyası” (Bakı: “Qanunnəşriyyatı, 2018, 832 səh.) kitabından gedir. Zənn edirəm ki, bu əsər ən yüksək qiymətə, ən böyük mükafata layiqdir. O, uzun illərdən bəri misqal-misqal toplanmış, ustalıqla zər sapa düzülmüş incilər toplusu, azadlıq, müstəqillik uğrunda mücadiləmizin mükəmməl salnaməsidir.

Alaq, oxuyaq, zənginləşək.

 

Nəsir ƏHMƏDLİ

525-ci qəzet.-2018.- 7 iyul.- S.19-14.