Kanadalı mütəxəssislər
Azərbaycan Milli Kitabxanasında
İyul ayının 9-da Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin yeni təyin edilmiş baş direktoru Jean Louis Roy və kitabxananın digər əməkdaşı Milli Kitabxanada olublar. Onlar Milli Kitabxananın direktoru Kərim Tahirov və Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova ilə görüşüblər.
Qonaqlar Bakıda
ilk dəfə olduqlarını
vurğulayaraq şəhərimizi
çox bəyəndiklərini
xüsusi qeyd ediblər. J.L.Roy rəhbəri olduğu
kitabxana haqqında ətraflı məlumat verib, daha sonra
isə Azərbaycan Milli Kitabxanası haqqında onun maraqlandıran sualları direktora ünvanlayıb.
K.Tahirov qonağı maraqlandıran sualları cavablandırıb və
gələcəkdə Kvebek
Milli Kitabxanası və Arxivi ilə ikitərəfli əməkdaşlığın yaranmasına ümid etdiyini bildirib.
Daha sonra J.L.Roy müəllifi olduğu iki kitabı professor Kərim Tahirova təqdim edib. Bu kitabların Milli Kitabxananın fondunda Kanadadan hədiyyə edilən ilk
kitablar olduğu vurğulayan Kərim Tahirov onların kitabxananın fondunda öz layiqli yerini tutacağını deyib. O da öz növbəsində
qonaqlara Milli Kitabxana haqqında olan üç dildə çap olunmuş "Azərbaycan
Milli Kitabxanası. FotoAlbom" (Azərbaycan, ingilis
və rus dillərində) kitabını
təqdim edib.
Milli Kitabxananın nəzdində
fəaliyyət göstərən Açıq Kitabxanada olan J.L.Roy bu kreativ
layihəni çox bəyəndiklərini
bildirib və bu layihə
barədə və kitabxana haqqında öz xoş təəssüratlarını xatirə
kitabına qeyd edib.
525-ci qəzet.-2018.- 10 iyul.- S.8.