Əbədiyyət yolu
Borçalı mahalı dünyanın ən qədim insan məskənlərindən
biridir.
Başkeçid rayonu isə Borçalının uca qarlı dağları, buz bulaqları, səfalı yaylaqları,
zəhmətkeş insanları
ilə tanınan ən dilbər güşəsidir.
Qəlbin
geniş, özün böyük,
El yüküdür ən
ağır yük.
Borçalı bir qızıl
üzük
Üzüyün qaşı Başkeçid!
Borçalı mahalının əzəmətli,
vüqarlı insanlarından
biri də professor Zahid Qaralovdur. Zahid müəllim
cənnət Borçalının
Başkeçid rayonunda,
ən gözəl kəndlərdən biri olan Ormeşəndə dünyaya göz açıb. Ormeşən Şindi dağının
ətəyində, hər
tərəfi meşələrlə
əhatə olunan ərazidə yerləşir.
Bu kəndin ən qədim, tanınmış
nəsli olan Qarallar (Qaralovlar) nəslində istər elm
sahəsində, istərsə
də ictimai həyatda öz sözünü deyən insanlar yetişmişdir.
Zahid
Qaralov da Qarallar nəslinin ziyalı davamçısı
olmuşdur. Atası İbrahim Qaraloğlu
ruhani təhsili almış, 1937-ci ildə,
bir çoxları kimi səbəbsiz şəkildə repressiya
qurbanı olmuşdur.
Zahid müəllim öz uşaqlıq illərindən əlyazmasında
belə bəhs edir: "Ailənin 9-cu uşağı olmuşam.
Anam Fatma Qəhrəman Ana qızıl medalı ilə təltif edilmişdi. Atam həbsə
alınan ildə qardaşım Ziyəddin pedaqoji texnikomu bitirmişdi.
Ailənin bütün
yükü anamın
və Ziyəddin müəllimin üzərinə
düşmüşdü. II
Dünya müharibəsi
bütün ailələr
kimi, bizim ailənin də güzəranını çətinləşdirdi.
Qardaş-bacılarım uşaqlıqdan zəhmətə
qoşuldu. Kolxozda müftə
işləməli olmuşduq.
Çox
ağır dövrlər
yaşasaq da, hamımız oxuduq. Mən Ormeşənin 8 illik məktəbini
bitirdim, kənd uşaqları ilə birlikdə qonşu Qızılkilsə kəndindəki
11 illik məktəbin
9-cu sinfinə qəbul
edildik. 9 nəfər
idik. Hər gün 10 km enişli-yoxuşlu
meşə yolu ilə Qızılkilsəyə
gedib gəlmişdik.
Çoxları buna dözmədi,
təhsili yarımçıq
qoydu. İki nəfər mən
və əmim oğlu Xalid 11 illik məktəbi bitirdik. Sonra 1952-ci ildə Bakıya gəldim, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakultəsinə
qəbul olundum,
1956-cı ildə oranı
bitirdim, orta məktəbdə fizika-riyaziyyat
müəllimi statusunu
aldım. Təyinatımı
Gürcüstanın Maarif Nazirliyinin
istəyi ilə Gürcüstana verdilər.
O vaxt Gürcüstandakı
Azərbaycan dilli məktəblərdə ali təhsilli müəllimlərə böyük
ehtiyac var idi. Məni Qızılkilsə kənd 11 illik məktəbinə fizika-riyaziyyat
müəllimi təyin
etdilər". Lakin elə həmin ildə Zahid müəllimi öz doğma kəndindəki məktəbə (Ormeşən)
direktor təyin edirlər. Məktəbdəki təhsil-tərbiyə işi ilə yanaşı, ictimai işlərdə də fəal iştirak edib. Bütün bu işlərini nəzərə alaraq onu 1959-cu ildə Dmanisi rayon Komsomol Komitəsinin birinci katibi, Rayon Partiya Komitəsinin Büro üzvü və Dmanisi şəhər deputatı seçirlər.
Z.Qaralov bütün bu işlərlə yanaşı,
elmi işini də davam etdirir. Müəllimi, mərhum
akademik, fizika-riyaziyyat
elmlər doktoru Abasqulu Abaszadənin dəvəti
ilə imtahanlarda iştirak edir. Bitirdiyi universitetin "Fizikanın
tədrisi metodikası"
ixtisasının aspiranturasına
qiyabi şəkildə
qəbul olur.
1961-ci ildə isə bütün vəzifələrindən öz
xahişi ilə azad olunaraq aspiranturanın
əyani şöbəsinə
köçürülür.
1956-1959-cu
illərdə məktəb
direktoru, 1959-1961-ci illər
Dmanisi rayon komsomol komitəsinin I katibi,
1964-1995-ci illər arasında
kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 20 il direktor (Azərbaycan
Respublikası Təhsil
İnstitutunda), Azərbaycan
SSRİ Maarif
Nazirinin müavini
(1984-1987), Milli Məclisin
deputatı, Yerli və Regional məsələlər
komitəsinin sədri
(1995-2005-ci illər) vəzifələrini
icra etmişdir.
Z.Qaralovun Azər Abaszadə ilə birlikdə yazdığı "Məktəblinin
fizika lüğəti"
(1970), "Məktəbdə peşə oriyentasiyası
üzrə iş"
(1974), "Fizikanın tədrisində
təlim və tərbiyənin vəhdəti"
(1975), N.Quliyev və N.Şişkinlə birlikdə
yazdığı "IV-VIII siniflərdə əmək
təlimi" (1974), "Fizika
qanunlarının tədrisi"
(1997), üçcildlik "Tərbiyə" (2003) və
digər fundamental əsərləri
müəllimlərin və
tələbələrin stolüstü
kitabına çevrilmişdir.
Professor Z.Qaralov 600-dən çox elmi məqalənin, 30 adda monoqrafiya, 18 dərsliyin müəllifidir. Pedaqoji elmlər və təhsil, yerli demokratiya, insan hüquq və azadlıqları ilə əlaqəli Azərbaycanda
və beynəlxalq konfranslarda, seminarlarda aktual
problemlər üzrə
çoxsaylı məruzələrlə
çıxış etmişdir.
Zahid müəllim tələbələri Ə.Osmanlı
və V.Məmmədovla
birlikdə ibtidai siniflər üçün
yaratdıqları riyaziyyat
üzrə tədris kompleksi respublika məktəblərində rəğbətlə
qarşılanmışdır. Dərsliklərdən: "I-II-III-IV siniflər üzrə riyaziyyat", I-VII siniflər
üzrə həyat bilgisi dərsliklərini həmmüəlliflərlə birgə hazırlamışlar.
Həyat bilgisi fənnini orta məktəbə
Zahid müəllim
gətirmişdir.
Professor Z.Qaralov elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti
dövründə 47 ölkə və 300-ə qədər
şəhərdə elmi
ezamiyyətdə olmuşdur.
Bu səfərlər zamanı o, həmin ölkələrin təhsil
sistemini, ictiami-siyasi quruluşunun mahiyyətini
və səmərəliliyini,
yerli özünüidarəetmə
formalarını təhlil
edib öyrənmək
və Azərbaycanda onları tətbiq etmək imkanlarını araşdırmışdır. Eyni ilə də
Azərbaycanda əldə
olunan faydalı təcrübənin xaricdə
təbliğini qarşısına
məqsəd qoymuşdur.
Azərbaycan Respublikası Milli
Məclisinin deputatı,
Yerli və Regional məsələlər daimi
komissiyasının sədri olduğu zamanlar, yerli özünüidarəetmə sahəsində
Z.Qaralovun da fəal iştirakı əsasında ilk dəfə
işlənmiş zəngin
qanunvericilik bazası tamamilə orijinal bələdiyyə sisteminin
formalaşmasına imkan
vermişdir.
1995-ci ildən başlayaraq Hərbi Akademiyada aylıq kurslarda "Dövlət və bələdiyyə idarəçiliyi
sistemi" fənni üzrə
mühazirələr oxumuşdur.
1995-ci ildən Azərbaycan
Respublikası Prezidenti
yanında İdarəçilik
Akademiyası və Ədliyyə Nazirliyinin İxtisasartırma İnstitutunda
dövlət qulluqçuları
və bələdiyyə
sədrləri üçün
təşkil olunmuş
dövri kurslarda özünüidarəetmənin nəzəriyyəsi və
təcrübəsi üzrə
mühazirələr demişdir.
2000-ci ildən başlayaraq Azərbaycan
Beynəlxalq Universitetində
dövlət idarəçiliyinin
və özünüidarəetmənin
nəzəriyyəsi və
təcrübəsi üzrə tələbələrə
dediyi maraqlı mühazirələri ilə
yaddaşda qalmışdır.
O dövrdə onun rəhbərliyi və redaktəsi ilə 20-dək
tədris proqramları
nəşr edilmişdir.
Zahid müəllim
1981-ci ildə hazırlanmasına
qərar verilmiş
"Pedaqoji fikir antologiyası"nın hazırlanmasında birbaşa
iştirak etmişdir.
O yazır ki, "Azərbaycanda pedaqoji fikir antologiyası" adında əsəri hazırlamağı mərhum
akademik, 23 il Azərbaycanda maarif naziri
işləmiş, çox
vicdanlı, təmiz, məsuliyyətli şəxs
kimi tanınmış
Mehdi Mehdizadə ilə mənə tapşırdılar. İşə möhkəm girişdik, əsərin plan-perspektivini
hazırladıq, yüz
nəfərdən çox
pedaqoq-psixoloq alimləri
işə cəlb etdik, səriştəli ziyalıları bu işdə fəallıq göstərməyə çağırdıq,
mövzuları ixtisasa
görə bölüşdürdük.
İşi təzəcə
başlamışdıq ki,
kollektivə və bütün respublikaya ağır itki üz verdi.
Akademik M.Mehdizadə vəfat etdi. Sonrakı prosesdə bütün
yük Zahid müəllimin üzərinə
düşür. Bəzi
alimlər işdən
uzaqlaşır, maliyyə vəsaiti
ayrılmadığından hər şeyi institutun gücünə həll etməli olur. Zərdüştlük dövründən
bu yana
nə varsa araşdırıb, pedaqoji
fikirləri toplayırlar.
Cildin tərtibini pedaqoji fikir tarixinə yaxından bələd
olan Ə.Ağayevə
tapşırır. Akademik
H.Əhmədov, professorlar
- Y.Kərimov, Ş.Mikayılov,
Ə.Əlizadə və
bir çoxları ciddi işlədilər. Moskvada əsər çox yüksək qiymətləndirilmiş, antologiya
1989-cu ildə rus dilində 30 min nüsxədə
çap olunaraq Azərbaycana göndərilmişdir.
Bu əsər SSRİ məkanında
müttəfiq respublikalar
arasında I yerə layiq görülür.
Zahid müəllim 99 ölkənin
təhsil sistemini öyrənərək ümumiləşdirmiş
və obyektiv qiymətləndirmə əsasında
"Təhsil sistemlərinə
müasir baxış" adlı
monoqrafiyasını yazmışdır.
Bu monoqrafiya mükəmməl
təhsil sisteminin formalaşdırılmasına imkan
yaradan dəyərli elmi təkliflər paketi kimi qəbul
oluna bilər.
Azərbaycan xalqının elm, mədəniyyət, maarif, istehsal münasibətləri tarixində nə varsa hamısını öyrənməyə çalışmış, onları getdikcə qloballaşan dünyamızın müxtəlif ölkələrinin mənəviyyat zənginlikləri ilə müqayisə etmişdir. Üstünlükləri müsbət qiymətləndirmiş, çatışmazlıqların üzərində dərindən düşünmüş və təkliflər vermişdir.
Hər insan dünyaya gəldiyi ilk gündən sonsuzluğa doğru yol tutub gedir. Heç kəs ömür payının miqdarını əvvəlcədən müəyyənləşdirməyə qadir deyil. İnsan ömür payı müddətində özünü cəmiyyətə necə açıqlayıb və təqdim edibsə, tarixdə də eləcə qalır. Canlı varlığı dövründəki fəaliyyətinin kəmiyyət və keyfiyyətindən, ictimai faydalılıq səviyyəsindən asılı olaraq, tez unudulan, gec unudulan və unudulmayan insanlar var.
1981-ci ildə "Qırmızı Əmək bayrağı" ordeni, 1982-ci ildə "Azərbaycan SSR Əməkdar müəllimi", 2004-cü ildə "Şöhrət ordeni", bir neçə medal, 2012-ci ildə isə türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Heydər Əliyev adına Qızıl medalına layiq görülmüşdür. Professor Zahid Qaralov elmdə və ictimai həyatda gördükləri işlərlə adını tarixə həkk edən və unudulmayan insanlar sırasındadır.
Samirə MƏMMƏDOVA
525-ci qəzet.-2018.- 10 iyul.- S.8.