"Külək -
Yel kürəsinin şahzadəsi" təqdim
olundu
İyulun 6-da Daş Salnamə muzeyində gənc yazıçı Xülya
Cəfərovanın yeni
çapdan çıxan
"Külək - Yel
kürəsinin şahzadəsi"
kitabının təqdimatı
keçirilib.
"ASAN xidmət", Mədəniyyət,
Gənclər və İdman nazirlikləri,
BMT-nin İnkişaf Proqramı və digər dövlət və özəl qurumlarının dəstəyi
ilə təşkil olunan tədbirdə millət vəkilləri, ziyalılar, yazarlar, QHT və KİV nümayəndələri
və ASAN könüllülər
iştirak ediblər.
Cəlalə Nəzəroğlunun moderatorluğu
ilə baş tutan mərasimdə əvvəlcə iştirakçılara
kitab haqqında video sorğu, superqəhrəmanlar
haqqında video sorğu
və "Külək"
Yek kürəsinin şahzadəsi" kitabı
haqqında fikirlərin
əks olunduğu üç videoçarx nümayiş edilib.
Bildirilib ki, fantezi janrında
olan bu əsər
Azərbaycan ədəbiyyatında
ilk milli superqəhrəmanların
macəralarından bəhs
edən romandır. Bu günlə mistik keçmişi birləşdirən
hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan
Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət
edir və beləliklə, öz planetini şər qüvvələrdən necə
xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları - özü kimi balaca əkiz bacılar kömək edirlər. Külək və dostlarının
başına gələn
həm qəribə, həm də oxucunu daim həyəcanda
saxlayan hadisələrin
çoxu Bakıda, Yanardağda, Atəşgahda,
Qız Qalasında cərəyan edir. Əsərdə "Yel Kürəsi"nin fövqəlgüclərə malik
olan superqəhrəmanlarının
timsalında xeyirlə
şərin əbədi
mübarizəsinə fərqli
bir prizmadan yanaşılıb. Külək,
Alov, İşıq, Umaqy, əjdaha Evrən, Simurq quşu, yenilməz bozqurd kimi personajların
yer aldığı romanda alternativ reallıqlar ortaya qoyulub və Bakının Qız Qalası, Atəşgah, Yanardağ, İçərişəhər,
Bayıl qəsri, Alov qüllələri və s. kimi məkanları mistik bir formada oxucuya
təqdim olunub. Həmçinin, romanda qədim
türk və Azərbaycan, habelə dünya mifologiyasında da müraciət edilib.
Tədbirdə "ASAN Könüllülük" məktəbinin
rəhbəri Cahangir Hacıyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında
məlumat verib. Bildirib ki,
bu gün təqdimatı keçirilən
kitabın müəllifinin
"ASAN Könüllülük" məktəbinin 15 min məzunundan
biri olması sevindirici haldır.
Gənclər və idman nazirinin
müavini İntiqam Babayev çıxışında
son dövrlər cəmiyyətin
bütün sahələrində
gənclərin aktiv iştirakına diqqət çəkib və bildirib ki, bu,
dövlətimizin gənclər
siyasəti ilə bilavasitə bağlıdır. O, "ASAN Könüllülük"
layihəsinin əhəmiyyətini
vurğulayıb, buradakı
gənclərin gələcəkdə
müxtəlif sahələrdə
mütəxəssislər kimi
çalışacaqlarına əminliyini vurğulayıb.
Çıxışında uşaqlıq xatirələrini
yada salan Milli Məclisin deputatı Qənirə Paşayeva bir uşağın tərbiyəsində,
cəmiyyətə yararlı
fərd kimi yetişməyində nağılların,
uşaq ədəbiyyatının
önəmini vurğulayıb. O deyib ki, artıq uzun illərdir uşaqlarımız xarici
superqəhrəmanları görür,
onlara oxşamağa çalışırlar: "Ancaq
biz heç zaman milliliyimizi, türklüyümüzü
unutmamalıyıq. Biz onlar üçün yeni ədəbiyyat hazırlamalı, cizgi filmləri istehsal etməliyik. Uşaqlar bunlar
vasitəsilə həm
əylənsinlər, həm
də öyrənsinlər.
Onlara gözəl örnəklər
hazırlamaqla onların
tərbiyəsinə, inkişafına
bilavasitə təsir etmiş olarıq. Xülya xanımın bu gün təqdim olunan kitabı bizə bu yolda
bir işıqdır.
Artıq
bizim də ədəbiyyatımızda uşaqlarımızın
tanış olacağı,
özünü bənzətməyə
çalışacağı superqəhrəmanlar var. Biz bunun
davamlı olmasını
diləyir və Xülya xanımın timsalında bütün gənclərimizə uğurlar
arzu edirik". Millət vəkili həmçinin qeyd edib ki,
hər bir insanın superqəhrəmanı
onun öz içərisindədir. Müəllif də bir növ
bu roman vasitəsilə
oxucuları öz daxillərində olan
"fövqəlgücü" kəşf etməyə çağırır.
Müəllifi yeni kitabı münasibətilə təbrik
edən Xalq yazıçısı Çingiz
Abdullayev gənclərimizin
fantastik ədəbiyyata
marağının sevindirici
hal olduğunu vurğulayıb. O deyib ki, bu cür
əsərlər müəllifdən
güclü fantastik təxəyyül tələb
edir. Bu cür
ədəbiyyat həmçinin,
uşaqlarımızın təxəyyülünün,
xəyaletmə qabiliyyətinin
artırılmasında misilsiz
rola malikdir.
BMT-nin İnkişaf Proqramının təmsilçisi
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru,
kulturoloq Fuad Məmmədov, Əməkdar
artist Tünzalə Ağayeva,
uşaq yazıçısı,
"İrs" mərkəzinin
rəhbəri Solmaz Amanova və başqaları çıxış
edərək kitab barədə fikirlərini
bölüşüblər və gənc yazıçıya uğurlar
arzulayıblar.
Tədbirdə "Külək - Yel kürəsinin şahzadəsi" kitabının ilk balaca oxucuları- Gülcan və Gülnur bacıları da çıxış ediblər. Onlar bu kitabın onların uşaq təfəkkürünə təsirindən, onlarda yaratdığı gözəl düşüncələrdən bəhs edib, kitabın həmyaşıdları üçün gözəl bir ədəbiyyat nümunəsi olduğunu söyləyiblər.
Sonda çıxış edən müəllif Xülya Cəfərova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. O, gələcəkdə də uşaqlar üçün fantastik hekayələr yazmaq fikrində olduğunu bildirib və qonaqlar üçün kitablarını imzalayıb.
Qeyd edək ki, "Külək - Yel kürəsinin şahzadəsi" kitabı ASAN Könüllülük Məktəbinin dəstəyi ilə "TEAS Press" Nəşriyyat Evi tərəfindən "3 alma" əmtəə nişanı ilə nəşr edilib.
ŞAHANƏ
525-ci qəzet.-2018.- 10 iyul.- S.7.