Azərbaycan şairləri "Böyük İpək Yolu" Forumunda

 

Tanınmış ədiblər - yazıçı, şair Əjdər Ol ilə Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu bugünlərdə Astanada keçirilən "Global Silk Road- Böyük İpək Yolu ölkələri merlərinin I forumu"nda iştirak ediblər.

Qazaxıstanın paytaxtı Astanada keçirilən forumun bir bölümü "İpək Yolu ölkələri ədəbiyyatları mədəniyyətlər dünya kontekstində" mövzusuna həsr olunub.

Həmin bölümdə azərbaycanlı ədiblərlə yanaşı, Qazaxıstandan Oljas Suleymennov, Qazaxıstan Yazıçılar Birliyinin sədri Esdaulet Uluqbəy, Murad Auezov, Qırğızıstandan Yazıçılar Birliyinin sədri Akbar Rıskulov, Tatarıstan Yazıçılar Birliyinin sədri Daniil Salihov, Başqırdıstan Yazıçılar Birliyinin sədri Zəki Əlibəyov, Tacikistan Yazıçılar İttifaqının sədr müavini Ato Mirxoca, Türkiyədən professor Orxan Söylməz, ABŞ-dan Kolumbiya Universiteti Global Classroomproject-Yer İnstitutunun regional direktoru Rafis Abazov, Qorqud İctimai Fondunun rəhbəri Dana Meirbekova da iştirak ediblər.

Həm Əjdər Ol, həm Səlim Babullaoğlu mövzu ilə bağlı geniş məruzələr ediblər.

Forum zamanı bir sıra ikitərəfli görüşlər keçirilib, Azərbaycan ədəbiyyatının Çin, Qazaxıstan Tacikistanda mütəmadi nəşri imkanları ilə bağlı bir çox məsələlər müzakirə olunub.

Daha sonra şairlərimiz Özbəkistana səfər ediblər orada Əlişir Nəvai adına Milli Kitabxanada görüş keçirilib.

Görüşü məşhur özbək jurnalisti tərcüməçisi, Özbəkistanın ən böyük mədəniyyət portalı www.ziyouz.com-un rəhbəri Davronbek Tojialiev təşkil edib. Görüşdə Azərbaycan poeziyasını bütövlükdə şeiri sevən özbək oxucularla yanaşı Özbəkistanın tanınmış şairləri alimləri iştirak ediblər.

Görüşdə çıxış edən şairlərimiz iki qardaş xalq arasında qədim köklərə malik mədəniyyət, ədəbiyyat əlaqələrinin bu gün daha da inkişaf etdiyini bildiriblər. Nizami Gəncəvi Əlişir Nəvai yaradıcılığının davamı olan müasir şair yazıçılarımızın, ədəbiyyatşünaslarımızın sıx əməkdaşlığının gələcək nəsillər üçün örnək olacağını söyləyiblər.

Tədbirdə hər iki şair öz şeirlərini oxuyub kitablarını kitabxananın fonduna təqdim ediblər.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 10 iyul.- S.7.