Xəzinə kimi bir nəşr: "Azərbaycan Tərcümə Ensiklopediyası"

 

Adından da göründüyü kimi, ensiklopediya geniş bir tarixi, tarixi şəxsiyyətləri, möhtəşəm əsərləri özündə cəmləşdirir. Bir xəzinə kimi, bir inci kimi...

Ensiklopediyanın ideya müəllifi akademik Kamal Abdulladır. Redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunur.

Kitabın ərsəyə gəlməsi bir önəmli tarixi əhatə edir. Bu tarix çox uzun olmasa da, qısa da deyil. Bir igidin ömrü qədər - 10-15 il civarında...

Bu tarix, böyük zəhmət ən əsası sistemləşdirilmiş kitabın nəfis şəkildə ərsəyə gəlməsində mühüm rol oynayıb.

Bu bilik xəzinəsinin təməli Bakı Slavyan Universitetində akademik Kamal Abdulla tərəfindən qoyulur. Hər ay ensiklopediya pillə-pillə ucalır. Bir neçə gün öncə isə 10-15 il tanrıya doğru qol-qanad açan Azərbaycanın tərcümə tarixi bətnində bəslədiyi ensiklopediyanı bizə təqdim edir.

Bu kitabı həm Kamal Abdullanın yol yoldaşı adlandırıram. Ensiklopediya fərqli olaraq Kamal Abdulla ilə birgə addımladı. Sonda özü ilə  Azərbaycan Dillər Universitetinə gəldi. Bu tarix çərçivəsində çox zəhmət tələb edən işlər görülüb. Bu kitabın ucalığı da elə bundadır.

"Azərbaycan Tərcümə Ensiklopediyası" kitabı ilə tanışlığım 12 gündür. Bir kitabı oxumadan onun haqqında nəsə yazmaq, fikir bildirmək bir az qəliz məsələdir.

"Azərbaycan Tərcümə Ensiklopediyası"nda tərcümənin fəlsəfi əsasları, predmet problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin, personaliyalar əhatə olunub. Ensiklopediya həm Azərbaycan dilinə, həm Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir. Ensiklopediyada tərcüməçilər bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Ensiklopediyanın nəzəri praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi möhkəm həm faktoloji, həm nəzəri bünövrə rolunu oynayır.

"Azərbaycan Tərcümə Ensiklopediyası"nda məni özünə cəlb edən həm "Azərbaycanda tərcümə ədəbiyyatı tarixi" bölməsi oldu.

Kitabda tanıdığım tərcüməçilər az deyildi, lakin onların bir çox əsərləri ilə tanış deyildim. İndi ensiklopediya stolüstü vəsaitimə çevirilib. Tərcüməçilər onların işləri tanış oluram, həmin kitabları axtarıb-aramağa başlayıram.

MDB məkanında ilk olan "Azərbaycan Tərcümə Ensiklopediyası" bizim üçün göydəndüşmə oldu.

Ensiklopediya bundan sonra da inkişaf edəcək, yenilənəcək böyüyəcək. Hər tərəfə bir Çinar kimi qollarını uzadacaq. Buna əminəm çox inanıram.

Vətən üçün görülən tarixə düşür. Tarix yazan müəlliflər sağ olsun!

Şahin SƏRDARLI

525-ci qəzet.-2018.- 11 iyul.- S.7.