Dövlət Xidmətinin
tabeliyinə verilən qoruqların adları
açıqlandı
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirilib.
Bu barədə APA-ya
Mədəniyyət Nazirliyindən
məlumat verilib.
Müşavirə Mədəniyyət Nazirliyinin
tabeliyində fəaliyyət
göstərən qoruqların
nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsinə həsr olunub.
Nazir bildirib ki, nazirliyin
tərkibində mövcud
olan qoruqlar bundan sonra birbaşa
dövlət xidmətinin
tabeliyinə verilir: “Bunlar Qobustan Dövlət tarix-bədii
qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu,
Keşikçidağ Dövlət
tarix-mədəniyyət qoruğu,
“Pir Hüseyn xanəgahı” tarix-memarlıq
qoruğu, Lahıc tarix-mədəniyyət qoruğu,
“Çıraqqala” tarixi-memarlıq
qoruğu, “Şabran şəhəri” tarixi qoruğu, “Avey” Dövlət tarix-mədəniyyət
qoruğu, Gəncə
Dövlət tarix-mədəniyyət
qoruğu, Nizami Gəncəvi məqbərəsi
kompleksi, Qəbələ
Dövlət tarix-mədəniyyət
qoruğu, İlisu Dövlət tarix-mədəniyyət
qoruğu, Zaqatala tarix-mədəniyyət qoruğu,
Şuşa Dövlət
tarix-mədəniyyət qoruğu
və Quba şəhərindəki Soyqırımı
Memorial Kompleksidir”.
Ə. Qarayev vurğulayıb ki, indi qarşıda
duran əsas məsələ qoruqların
fəaliyyətinin müasir
tələblər səviyyəsində
təşkil edilməsidir:
“Bura həm ziyarətçilərin qoruqları
rahatlıqla ziyarət
etmələri üçün
müvafiq infrastrukturun
yaradılmasından tutmuş,
elmi tədqiqatların
aparılmasına qədər
ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu və Qəbələdəki qoruqlarda
elmi tədqiqat işləri aparılır.
“Avey” Dövlət
tarix-mədəniyyət qoruğunda
da Yaponiyadan olan mütəxəssislərin
iştirakı ilə
tədqiqat işlərinə
başlanılıb. Bu
araşdırmalar bütün
qoruqlarımızı əhatə
etməlidir. Qoruqların dəqiq
xəritələri hazırlanmalı,
mühafizə zolaqları
müəyyən olunmalıdır.
Eyni zamanda qoruqların hər birinin saytı yaradılmalı və bu saytlarda
həmin qoruqlar haqqında müfəssəl
məlumatlar yerləşdirilməli,
onların daxil olduğu marşrutlar göstərilməlidir”.
Müşavirədə o da bildirilib ki,
nazirliyin tabeliyində olan
qoruqların bir qismi turizm məqsədləri ilə daha geniş istifadəsinin
təşkil edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tərkibinə
verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə
qarşılıqlı əməkdaşlıq çərçivəsində,
“Mədəniyyət haqqında” qanunun tələblərinə
uyğun olaraq həyata
keçiriləcək.
525-ci qəzet.-2018.- 11 iyul.- S.2.