Yekunlaşan mövsüm Milli Dram Teatrı üçün məhsuldar olub

 

Yola salınan teatr mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb.

Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, kollektiv mövsümü iyulun 14-də "Qarabağnamə" tamaşası ilə yekunlaşdıracaq: "Son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc orta nəsil aktyorları ilə yanaşı, yaşlı aktyorlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar. Teatrın repertuarında dünya Azərbaycan klassikasından, o cümlədən, müasir dramaturgiyadan nümunələr yer alıb. Buna misal kimi C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "Almaz", İ.Əfəndiyevin "Boy çiçəyi", M.S.Ordubadinin "Qətibə İnanc", E.Əfəndiyevin "Cəhənnəm sakinləri", Y.Polyakovun "Sinif yoldaşları", Əli Əmirlinin "Ah, bu uzun sevda yolu" "Şah Qacar", Kamal Abdullanın "Bir, iki - bizimki", "Çingiz Aytmatovun "Manqurt", Miro Qavranın "Qəribə, çox qəribə əhvalat" digər əsərləri misal göstərilə bilər.

Son dövrlərdə Akademik  Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T.Kazımov, M.Məmmədov A.İsgəndərov səhnələridir. M.Məmmədov, T.Kazımov  A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub.  Dəfələrlə bu səhnə öz tamaşaçılarını qəbul edib. Gənc rejissorlar Anar Babalı   Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərləri tamaşaçılar peşəkar teatr xadimləri tərəfindən uğurlu yaradıcılıq işi kimi dəyərləndirilib".

C.Zeynallı əlavə edib ki, ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən "Min nəfəs, bir səs" Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi "Cəhənnəm sakinləri" tamaşasını oynayıb:

"Təqdim olunan səhnə əsəri tamaşaçılar müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb. Bundan başqa Akademik Milli Dram Teatrının rəhbərliyinin truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb. Qeyd etməliyəm ki, mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb. Bildiyimiz kimi, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət  Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında "Cəhənnəm sakinləri" tamaşası ilə uğurlu çıxış edib. Pirallahı tamaşaçıları qarşısında "Vəsiyyət" tamaşasını oynayan  kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub.

Teatrımızın kollektivi hər zaman ölkə başçımızın, mədəniyyət nazirliyinin Azərbaycan Teatr Xadimləri İttifaqının diqqət mərkəzində olub. Belə ki, mövsüm ərzində teatrın truppasından xalq artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, xalq artisti Rafiq Əzimov "Şöhrət" ordeninə, Sabir Məmmədov Əjdər Həmidov xalq artisti, Rövşən Kərimduxt əməkdar artist fəxri adına layiq görülüblər. O cümlədən, Teatr Xadimləri İttifaqının "Sənətkar" ordeni Azərbaycan teatrının inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız Nazim Bəykişiyev, Kazım Abdullayev Hicran Nəsirovaya təqdim olunub. Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər İdman Nazirliyinin "İlin ən yaxşı gənc rejissoru" mükafatını qazanıb.

Yola saldığımız mövsümdə teatrımızda yeni - "İuda", "Cəhənnəm sakinləri", "Qətibə İnanc", "Rəqs edə pinqivinlər", "Şah Qacar", "Gəl baharım, gəl yazım", "Bir iki, bizimki", "Qəribə, çox qəribə, əhvalat", "Sinif yoldaşları", "Manqurt", "Ah, bu uzun sevda yolu"  tamaşaları təhvil verilib.

Akademik Milli Dram Teatrının Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Belə ki, universitetdə rejissorluq təhsili alan diplomantlar teatrımızın Abbas Mirzə Şərifzadə səhnəsində tamaşalar hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarımızla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.

Son olaraq bildirmək istərdik ki, yeni mövsümdə bir sıra yeni premyeralarla teatrsevərlərin görüşünə gələcək, onlara müasirklassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə sevindirəcəyik".

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 12 iyul.- S.7.