Təbrizdə
Şəms Təbrizi konfransı
Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Təbriz Dövlət Universitetində imzalanmış
əməkdaşlıq protokoluna
əsasən iki elmi-tədqiqat və ali təhsil qurumu ildə iki dəfə Bakıda və Təbrizdə "Azərbaycan
ədəbiyyatı klassiklərini
birgə öyrənək"
layihəsi əsasında
elmi konfranslar təşkil edir. İndiyədək Məhəmmədhüseyn Şəhriyara aid Ədəbiyyat İnstitutunda,
Saib Təbriziyə dair isə Təbriz
Dövlət Universitetində
müştərək elmi
konfranslar keçirilib.
Bugünlərdə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
ilə Təbriz Dövlət Universiteti böyük Azərbaycan mütəfəkkiri və
ədibi Saib Təbriziyə (1601-1677) həsr
olunmuş birgə konfrans keçirməklə
mövcud əməkdaşlıq
layihəsinə daha bir səhifə əlavə edib. Konfrans çərçivəsində
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli ilə Təbriz Dövlət Universitetinin rektoru, professor Məhəmmədrza
Purməhəmmədi arasında
keçirilmiş görüşdə
qarşılıqlı elmi
əməkdaşlığın əhəmiyyətindən danışılıb
və perspektivləri
müzakirə olunub.
Təbriz Dövlət Universitetində
keçirilmiş "Şəms
Təbrizi" konfransını
Ədəbiyyat fakültəsi
Türk dili kafedrasının müdiri,
professor Fərşbafiyan açıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli
"İrfan ədəbiyyatının
Şəmsi" mövzusunda
etdiyi məruzəsində
XIII-XIV əsrlər Azərbaycan
ədəbi-ictimai fikrinin
görkəmli nümayəndəsi
Şəms Təbrizinin
həyatı və yaradıcılığından danışıb, orta əsrlər ədəbiyyatı
və fəlsəfəsinin
ümumi mənzərəsinin
müəyyən edilməsində
böyük xidmətləri
olan Şəms Təbrizinin çoxcəhətli
fəaliyyətinin indiyədək
az öyrənildiyini və bu istiqamətdə
birgə araşdırmalara
ehtiyac olduğunu bildirib.
Təbriz
Dövlət Universitetinin
professoru, doktor Mehdipur Şəms Təbrizi-Mövlana baxışından,
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi,
Əlyazmalar İnsatitutunun
direktoru, akademik Teymur Kərimli "Saib Təbrizi və klassik ədəbi irs", Təbriz Universitetindən
doktor İqbali "Şəms Təbrizinin ürfana münasibəti",
doktor Xakpur "Şəms Təbrizinin baxışlarına bir baxış", doktor Abadi "Şəms Təbrizi və Mövlana Cəlaləddin
Rumi", Nizami adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri,
sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov "Şəms Təbrizi polyak ədəbiyyatşünaslığında"
mövzularında elmi
məruzələrlə çıxış
ediblər.
AMEA-nın nümayəndə
heyətinə Şəms
Təbrizinin "Məqalət"
traktatı və Mövlana Cəlaləddin
Ruminin "Saib Təbrizi divanı" kitabları hədiyyə olunub.
Eyni zamanda, AMEA-nın nümayəndə heyəti son illərdə İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində tapılmış Saib Təbrizinin məzarını və orada yaradılmış xatirə kompleksini ziyarət ediblər.
Bu vaxtadək haqqında elmi tədqiqatların az olduğu nəzərə alınaraq Şəms
Təbrizi konfransının materiallarının Təbriz
Dövlət Universitetində kitab
halında çap olunması qərara
alınıb.
2019-cu ildə Nizami
adına Ədəbiyyat İnsdtitutunda
Əliağa Vahidə, Təbriz Dövlət Universitetində
isə Nəsirəddin Tusinin ədəbi
fəaliyyətinə həsr olunmuş
birgə elmi konfransların keçirilməsi
haqqında razılıq əldə edilib.
Milli Elmlər
Akademiyasının nümayəndə heyəti Azərbaycan
Respublikasının İran İslam Respublikasınıın Təbriz
şəhərindəki Baş konsulu Əliyyənnağı Hüseynovla
da görüşüblər.
525-ci qəzet.-2018.- 12 iyul.- S.7.