"... Dimitri Kantemir xanədanlığının
300 illiyi" təqdim edildi
İyul ayının 11-də Milli Kitabxanada Eleonora Borisovna Kantemirin "Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi" adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Dimitr Kantemir haqqında qısa məlumat verib, onun böyük yazıçı, dövlət
xadimi, alim, bəstəkar olduğunu qeyd edib. Rumıniyanın Azərbaycandakı səfiri
Dan İanku deyib ki, Kantemirin Osmanlı imperiyası dövründə klassik Türk musiqisinə verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.
Daha sonra söz kitabın müəllifi Eleonora Kantemirə verilib. Müəllif kitabda öz qədim Kantemirlər sülaləsinin keçmişdən
bugünə qədər
olan tarixini anlatdığını və
kitabı yazarkən apardığı araşdırmalar
zamanı Kantemirlər
nəsli haqqında maraqlı məlumatlar əldə etdiyini bildirib. Ən maraqlısı isə
odur ki, o, yarım əsr sonra Bakıda onunla eyni adı
daşıyan bacısını
tapdığını və
buna görə Azərbaycanın, Bakının
onun üçün doğma bir yer olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış
edən müəllifin
bacısı Azərbaycanı
çox sevdiyini və doğma vətəni olaraq gördüyünü qeyd
edərək buranı
heç vaxt tərk etməyəcəyini
vurğulayıb.
Sonda müəllif
tədbirin təşkili
üçün Mədəniiyət
naziri Əbülfəs
Qarayevə, Milli Kitabxananın rəhbərliyinə
təşəkkürünü bildirib.
Tədbirin sonunda K.Tahirov Milli Kitabxana haqqında 3 dildə yazılmış (Azərbaycan,
ingilis və rus dillərində) "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" kitabını və Azərbaycanın tarixi abidələrinin qeyd olunduğu xəritəni qonağa hədiyyə edib. Eleonora Kantemir isə öz növbəsində
təqdimatı keçirilən
kitabdan Milli Kitabxananın fonduna bağışlayıb.
525-ci qəzet.-2018.-
12 iyul.- S.7.